Sərdar Cəlaloğlununseşki platformasından SOSİAL SİYASƏT KONSEPSİYASI

02.10.2013

(Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun (Məmmədovun) seşki platformasından)
Sosial siyasətin məqsədi: Ölkədə sosial dövlət formasına keçid. Dövlətin hər kəsə ləyaqətli həyat şəraiti, sosial müdafiə və şəxsiyyətin özünü realizasiyası üçün bərabər çıxış şəraitinin dövlətin ali məqsədi kimi təsdiq edilməsi. Vətəndaş-dövlət münasibətlərini gücləndirmək, vətəndaş institutunu təkmilləşdirmək və dövlətin vətəndaşlar qarşısında cavabdehliyini artırmaq.
Sosial dövlət - dövlətin sosial funksiyasının - şəxsiyyətin sosial müdafiəsi, cəmiyyətin bütün üzvlərinin onların rifah istehsalında iştirakından asılı olmayaraq normal həyat şəraitinin yaradılmasının prioritet seçildiyi dövlətdir.
Sosial dövlət quruculuğu: Azərbaycan Konstitusiyasında dövlətin sosial dövlət olmasının əks olunması.
Konstitusiyada dövlətin sosial öhdəlikləri:
İnsaların sağlamlığının və əməyinin qorunması;
Təminatlı minimal əməkhaqqının ödənilməsinin müəyyən edilməsi;
Ailənin, analığın, atalığın, uşaqlığın və əlillərin, ahılların dövlət müdafiəsinin təmin edilməsi;
Sosial xidmət sisteminin inkişaf etdirilməsi;
Dövlət təqaüdləri, yardım və sosial müdafiənin başqa təminatlarının müəyyənləşdirilməsi;
Sosial qanunvericiliyin formalaşdırılması: Sosial dövlətin öhdəliklərinin yerinə yetirilməsi  ilə bağlı qanunvericilik aktlarının hazırlanması.
Sosial siyasətin istiqamətləri - Kasıbçılığın, işsizliyin, evsizliyin ləğvi:
Bilavasitə öz hakimiyyəti ilə ayrıca xüsusi özünütəyin şəxsiyyət üçün bütün fərqli ictimai siniflər, təbəqələr arasında hüquqda mütləq bərabərliyin saxlanması, bütün vətəndaşların ictimai və iqtisadi tərəqqisinə yardım etmək öhdəliyi;
Maddi rifahın sosial ədalət prinsipi ilə hər bir vətəndaşa ləyaqətli həyat şəraitinin yaradılması naminə iri biznesin hüquqlarını boğmadan bölüşdürülmə sisteminin yaradılması;
Sosial fərqlərin hamarlaşdırılması:
Kasıbçılığın ləğvi: Kasıb - istehlak zənbilindən aşağı gəlirli vətəndaş nəzərdə tutulur. (Azərbaycanda istehlak zənbilinin orta dəyəri adambaşına 116 manat, minimum əmək haqqı 105 manat, orta əmək haqqı 411 manatdır).
Minimum əmək haqqını istehlak zənbilinin dəyərinə bərabərləşdirilməsi;
Kasıbların dövlət vergilərindən və sosial xərclərdən azad edilməsi;
İstehlak zənbilinin qiymətinin artırılması (ən az 200 manata çıxarılması)
Biznesin xüsusən iri biznesin tənzimlənməsi və vergi siyasəti ilə sosial təminatın təmin edilməsi. Nəhəng gəlirlərə çalışan biznesin ayrı-ayrı biznes strukturlarına ayrılması (bu zaman dövlət büdcəsi ilə nisbət qanunla müəyyən edilir)
Ehtiyacı olanlara dövlət yardımı: qocalara, uşaqlara, qadınlara, təkanalı ailələrə, əlillərə istehlak zənbilinə müvafiq yardımların verilməsi;
Kasıblar və təqaüdçülər üçün xüsusi pulsuz dövlət tibbi yardım proqramının hazırlanması.
Dilənçi vəziyyətinə qarşı mübarizə:
Kasıb ailələrə gündəlik tələbat xərclərinə talonlar şəklində və ya nəğd pul kimi subsidiyaların verilməsi;
Kasıb ailələrə kirayə verməsinə yardım, ucuz evlərin tikilməsi;
Kasıb ailələrin enerji daşıyıcılarından istifadə xərclərində güzəştlər;
Dövlət borclarının dövrü olaraq silinməsi, sosial xərclərdən azad edilməsi.
Kasibçılıqla mübarizədə L.Conson proqramının tətbiqi:
Vətəndaşların peşə, biznes və yaradıcı hazırlığı və təliminin dövlət proqramlarının işlənib həyata keçirilməsi;
Yerli hakimiyyətlərin eqidası altında ictimai fəaliyyət proqramları hazırlayıb həyata keçirilməsi;
Kiçik biznesə və kənd əhalisinə kömək proqrami: kiçik biznesə və kənd əhalisinə güzəştli vegilərin tətbiqi. Kiçik biznesə dotasiya və subsidiyaların ayrılması. Dövlət tədarükünün tətbiqi, təbii fəlakətlərə görə fermer təsərrüfatlarının sığortalanması;
Volenterist (könüllü) təşkilatlarının yaradılması: dövlətin əhatə etmədiyi və ya zəif diqqət ayırdığı sahələrdə sosial siyasətin reallaşdırılması üçün volenterist (könüllü) hərəkatlarının dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi.
İqtisadiyyatın quruluşunun sosial istiqamətlənməsi: biznes fəaliyyətinin sosial öhdəliklərinin qanunla müəyyənləşdirilməsi. İnfrastruktur layihələrinin biznes layihələrində nəzərdə tutulması. 50 nəfərə qədər iş yerləri açan biznesmenlərə güzəştlərin verilməsi. İri biznesin inkişafının tənzimlənməsi;
Vətəndaş cəmiyyətinin formalaşdırılması: sosial məqsədli və dövlətin sosial siyasətinə nəzarət edən qeyri-dövlət təşkilatlarının yaradılmasının stimullaşdırılması. Volenter (könüllü) əməyin təşviqi ilə maddi və mənəvi ehtiyacı olan vətəndaşlara yardımların təşkili;
Müxtəlif sosial proqramların hazırlanması: ayrı-ayrı sosial qrupların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi dövlət proqramlarının işlənib həyata keçirilməsi.
Dövlətin vətəndaşlar qarşısında sosial öhdəliklərinin istiqamətləri:
Sosial müdafəsi olmayan əhali təbəqəsinin - işsizlərin, təqaüdçülərin, əlillərin sosial müdafiəsi;
Əməyin və sağlamlığın mühafizəsi. Dövlət büdcəsindən adambaşına düşən səhiyyə ayırmalarının həcmini 10 dəfə artırmaq. İş verənlərin iflasdan müdafiəsi ilə bağlı dövlət siyasətinini həyata keçirmək. İflasa uğrayan müəssisələrin milliləşdirilməsi ilə iş yerlərinin saxlanması. Mühacir əməyindən istifadənin məhdudlaşdırılması. Qara iş verənlərin qanunla təqib olunması. İş yerlərində təhlukəzislik tədbirlərinin və məsuliyyətin artırılması;
İşini itirmiş hər bir vətəndaşa 3 il axırıncı iş yerindən aldığı əmək haqqının 60%-i, işsizlik statusu almış vətəndaşlara isə yeni iş tapanadək minimum əməkhaqqı həcmində hər ay yardım edilməsi;
Dövlət sektorunda çalışanların, xüsusi ilə də təhsil və səhiyyə işçilərinin əmək haqları real əməkhaqqı sistemlərinə keçiriləcək, bununla da orta əməkhaqqının miqdarı 1000-1500 manat miqdarında müəyyən edilməsi;
Ailənin, analığın və uşaqlığın müdafiəsi: Ailə büdcəsinə əmək haqqı və yardımçı təsərrüfatından gələn gəlirlərdən başqa dövlət dotasiyalarının, subsidiyaların, kompensasiyaların, əvəzi ödənilməyən kreditlərin, qiymətli kağızlardan və lotereya oyunlarıdan gələn gəlirlərdən pay ayrılması;
Gəlirlərin təkrar bölgüsü ilə sosial qeyri-bərabərliyin aradan qaldırılması: Hər bir vətəndaşın illik xərclərinin 20 faizini il başında çeklər əsasında onlara qaytarılması. Mütərəqqi gəlir vergisi siyasətinin tətbiqi. Aztəminatlıların və az gəlirli müəssisələrin dövlət vergilərindən azad edilməsi;
Kütləvi nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlara dövlət dotasiyalarının verilməsi;
Xeyriyyəçilik fəaliyyətinin mükafatlandırılması: Geniş xeyriyyə proqramları həyata keçirən müəssisələrə güzəştli vergi siyasətinin tətbiqi. Xeyriyyəçilik fəaliyyətinə görə güzəştli kredit siyasəti. Xeyriyyəçilik fəaliyyətinə görə cərimələrin silinməsi;
Təhsil və mədəni proqramların dəstəklənməsi: Ölkədə təhsilin səviyyəsini yüksəldən və milli mədəniyyətin inkişafina xidmət edən proqramların dövlət tərəfindən maliyyələşdirilməsi. Təhsil sahəsində xüsusi fərqlənin təhsil müəssisələrinə dövlət güzəştlərinin - vergilərdən azad edilməsi, dotasiyaların, mükafatların verilməsinin tətbiqi;
İşsizliklə mübarizə: Regionlarda iş yerləri açan müəssisələrə güzəştli vergi siyasətinin tətbiqi. İş yerləri açmasına görə fərqlənən müəssisələrə dövlət mükafatlarının - dotasiya, vergilərdən və cərimələrdən azad etmək kimi mükafatların verilməsi. Xarici və daxili investisiyanın cəlb edilməsi və təminatının effektli qanunverici bazasının yaradılması, 10 il vergilərdən azad edilməsi. Dövlət sektorunda iqtisadiyyatın inkişaf etdirilməsi. Özəlləşdirilmiş müəssisələrin profillərinin dəyişdirilməsinin qadağan olunması və məsuliyyətin müəyyən edilməsi;
İşçilərin professional qruplarının məcburi sığortası: Əməyin sığortalanması, müəssisələrin iflasdan qorunması, işini itirmiş işçilərin sığorta təşkilatları tərəfindən əmək haqlarının ödənilməsinin təmin edilməsi. Orta biznesin inkişafının dövlət nəzarətinə alınması və planlı inkişafına nail olmaq. Orta təbəqənin mühafizəsinin dövlət proqramının işlənib hazırlanması;
Bveric modelinin tətbiqi: məsuliyyətin dövlət (bütün əhali üçün həyat minimuma istiqamətlənmiş sosial müdafiənin baza təminatı) işverənlər (muzdlu işçilərin hissəvi işinə görə sığortalanması) və fəhlələr arasında bölünməsi;
Müstəqil həmkarlar hərakatının dövlət proqramının reallaşdırılması;
Peşə xəstəlikləri və iş yerindən əlilliyə görə məsuliyyətin artırılması və müavinətlərin verilməsinin dövlət tənzimlənməs;
Kreditlərin sığortalanması:
Vətəndaşların dövlət və özəl banklardan aldığı kredit faizlərinin sığortalanması. Kreditləri qaytarmaq imkanını itirmiş vətəndaşların kredit faizlərinin sığorta təşkilatları tərəfindən ödənilməsi;
Özünüidarəedən qarşılıqlı yoldaşlıq sığortalanmanın tətbiqi;
Daxili bazarın dövlət nəzarətinə alınması:
Qiymətlərin yuxarı həddinin müəyyənləşdirilməsi;
Süni qiymət artımına qarşı mübarizə ilə bağlı dövlət proqram;
İnfilyasiya ilə bağlı cari indeksasiya siyasəti həyata keçiriləcək;

Printer »»»