ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

21.09.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycanda 01 noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə mövcud olan vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrdə seçkidə iştirak edən müxalif düşərgə təmsilçilərinə qarşı baş verən qanun pozuntuları - namizədlərin özlərinə və səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət orqanları tərəfindən həyata keçirilən basqılar, imzatoplama kampaniyasına yaradılan süni maneələr və s. kimi hallar ciddi tənqid olunub. İdarə Heyəti hakimiyyəti dünyada və regionda mövcud siyasi konyuktura şəraitində ölkədə yersiz qarşıdurma yaratmamağa, dövlət məmurlarının seçkiyə müdaxiləsinin qarşısının alınması, konstitusion qaydada azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi tədbirlər görməyə çağırıb.
Printer »»»

ADP SEÇKİDƏN GERİ ÇƏKİLDİ

16/09/2015


Bu gün Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin rəyasət heyətinin iclası keçirilib. İclasda ölkədə ictimai siyasi vəziyyət, 01 noyabr 2015-ci il Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar hazırlıq məsələsi və digər məsələlər müzakirə edilib.
Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul edilib. Qərarda deyilir:
Printer »»»

ABŞ SƏFİRİ ADP SƏDRİ İLƏ GÖRÜŞÜB

11.09.2015


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP-nin qərargahında baş tutan görüşdə ABŞ - Azərbaycan əlaqələri, ölkədə və dünyada mövcud siyasi vəziyyət, 1 noyabr Milli Məclisə seçkilər və digər məsələlər ətrafında fikir mübadiləsi edilib. Görüşdə səfirliyin siyasi məsələlər üzrə müşaviri xanım Syuzan Çesli, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin seçki məsələləri üzrə müavini Taliyyət Əliyev də iştirak edib. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.
Printer »»»

AZƏRBAYCAN DEMOKRAT PARTİYASI ALİ MƏCLİSİNİN BƏYANATI

05.09.2015


ADP Ali Məclisi ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti, həyata keçirilən siyasi motivli həbslərlə əlaqədar narahat olduğunu, siyasi motivli təqib və həbslərin respublikanın beynəlxalq imicinə ciddi zərbə vurduğunu qeyd edib. 
Ali Məclis son bir ayda hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Xədicə İsmayıl haqqında məhkəmənin ağır cəza hökmü verməsini onların peşə fəaliyyəti ilə əlaqədar olmasını qeyd edib, məhkəmələrin obyektiv keçirilmədiyini, şübhəli şahid ifadələri və sübutların əsasında hökm verildiyini bildirib. Ali Məclis adları çəkilən şəxslərin və siyasi motivlə həbs cəzasına məhkum edilən digər fəalların həbsdən dərhal azad edilməsini, onlar barəsində obyektiv və aşkar məhkəmə araşdırmaları aparılmasını tələb edib. 
Printer »»»

ADP ALİ MƏCLİSİ SEÇKİLƏRDƏ İŞTİRAK QƏRARINI TƏSDİQ ETDİ

05.09.2015

Bu gün ADP Ali Məclisinin növbəti iclası keçirilib. İclasda Respublikada ictimai siyasi vəziyyət, təşkilati məsələlər, partiyanın 01 noyabr 2015-ci il parlament seçkilərində iştirakı ilə əlaqədar məsələ və digər məsələlər müzakirə edilib.
İlk növbədə Ali Məclisin rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə yolu ilə Ali Məclisin üzvü İsa Cəfərov Ali Məclisin sədri, Nəbi Abbasov Ali Məclisin sədrinin müavini, Mehparə Bəylərova isə Ali Məclisin katibi seçiliblər. İctimai siyasi vəziyyətlə əlaqədar partiyanın sədri Sərdar Cəlaloğlu məruzə ilə çıxış edib. Müzakirələrdən sonra ölkədə insan hüquqlarının vəziyyətinə dair bəyanat qəbul edilib. (bəyanat mətnə əlavə edilib) İclasda 1 noyabr 2015- ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə ADP-nin iştirakına dair məsələ müzakirə edilib. Partiya adından aşağıdakı dairələrdən namizədlərin irəli sürülməsi haqqında qərar qəbul edilib:
Printer »»»

ADP MƏRKƏZİ SEÇKİ QƏRARGAHI TOPLANDI

31.08.2015


Bu gün Taliyyət Əliyevin sədrliyi ilə ADP Mərkəzi Seçki Qərargahının növbəti iclası keçirilib. 
İclasda partiyanın 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə partiyanın iştirakına dair məsələlər müzakirə edilib. Partiyanın seçkilərdə namizəd olacaq üzvlərinin siyahısının müəyyənləşdirilməsi prosesi davam etdirilib, yerli təşkilatlardan daxil olan müraciətlərə baxılıb və seçkilərdə iştirakın qanuni-hüquqi prosedurlarına dair təlimatlar qəbul edilib.
Printer »»»