Təşkilatı məsələlər üzrə müavinliyin təlimatcısı, ADP-sədrinin köməkcisi – Daşqın Nuriyev
Milli birliyimizin təcəssümü!Şəhid cənazələrininq arşılanma mərasimləri Azərbaycan gəncliyinin hələ ayaqda olduğunun göstəricisi idi!
Son günlər cəbhədə vəziyyət kritik həddədir. Bu isə heç də gözlənilməz deyildi. Çünki bir gün Qarabağda savaşın yenidən başlayacğı məlum idi.
Son bir neçə ayda ön xəttə ermənilər tərəfindən müxtəlif silahlarla atəşkəsin tez-tez pozulması təbii olaraq, Azərbaycan ordusunun cavab atəşi açmasına səbəb olurdu. Əksə halda, Ermənistanın təxribatları qarşısında susmaq onların yeni ərazilər zəbt etməsi üçün ruhlanmasına gətirib çıxara bilərdi. Bu baxımdan, ermənilərin ağır silahlardan istər dinc əhaliyə, istər də səngərlərdə duran əsgərlərimizə atəş açması Azərbaycan ordusunun da özünümüdafiə haqqını önə çıxardı. Nəticədə, qarşı tərəfin hücumları dəf edilməklə yanaşı, işğal altında olan bir neçə kənd və yüksəklik də ələ keçrildi. Bu həmin ərazilər idi ki, təqribən
23 il öncə Rusiyanın yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Bəli, işğal olunan mövqelərin kiçik bir hissəsinin geri alınması müjdəsini eşidər-eşitməz sevincimizin həddi-hüdudunun yerə-göyə sığmadını desək, yanılmarıq. Təsadüfi deyil ki, sosial şəbəkələrdə və xəbər portallarında əvvəllər vətəndaşlarımız daha çox öz sosial problemlərindən bəhs etsələr də, son günlər əsgər və zabitlərimizin şücayətindən, ordumuzun qüdrətindən danışılır.
Düzdür, bu sevincli xəbərlə yanaşı, istər dinc əhalidən, istər də torpağımızı müdafiə edən əsgər və zabit heyətimizdən də itkilər verdik. Belə ki, ermənilərin son hücumundan 1 azyaşlı olmaqla, 4 nəfər ölüb və 2 azyaşlı olmaqla 18 nəfər yaralanıb. Zabit, gizir, cavuş və əsgərlərimizdən şəhid olanlar və yaralanlar da 90 nəfərə yaxındır...
Lakin ölkədə böyük ruh yüksəkliyi mövcuddur. Şəhidlərimizin qarşılanması və dəfn olunması mərasimləri insan seli ilə müşayət olunur. Belə mərasimlərdən birini Sumqayıt sakini, şəhid polkovnik Raqub Orucovun dəfn olunması zamanı müşahidə etdik. Bundan əlavə, gigər şəhidimiz mayor Rasim Məmmədovun Naxçıvan aeroportunda cənazəsini yüzlərlə maşın qarşılayıb. Hansı ki, əksər maşınlar bayraqlarla bəzədilib və şəhidin cənazəsi coşqu ilə qarşılanıb.
Bu arada, əsgərlərimizə dəstək üçün Azərbaycan Demokrat Partiyası (ADP) gənclərinin təşkil etdiyi Elimlər Akademiyasının qarşısından Şəhidlər Xiyabanına qədər olan yürüşdə təqribən 1000 nəfərə gəncin iştirakı da diqqətdən qaçmamalıdır! Hansı ki, bu aksiya və şəhidlərin qarşılanma mərasimi Azərbaycan gəncliyinin hələ ayaqda olduğunun göstəricisi idi!
Yeri gəlmişkən, şəhidimiz mayor Rasim Məmmədovun hüzr mərasimində iştirak etmək üçün Naxçıvanda olduq. Doğulduğu Cəhri kəndindəki mərasimdə əvvəllərdə olmayan bir neçə halı müşahidə etdik. Belə ki, bu mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqlar MR nazirləri, eyni zamanda Naxçıvan Əlahiddə Ümumqoşun Birləşmələrinin zabit və gizir heyəti, Naxçıvan MR SQX, tələbələr, gənclər, hətta orta məktəb şagirdləri belə, hüzrdə iştirak etməyi özlərinə borc bilirdilər.
Hüzr mərasim üçün qurulan çadırın divarlarında həmin vaxta qədər şəhidlərimizdən 25 nəfərin şəkli asılmışdı. Məclisi aparan molla da tez-tez vurğulayırdı ki, bu hüzr təkcə Rasimin deyil, verilən fatihələr və oxunan quran təkcə Rasim üçün deyil, bütün Azərbaycan şəhidləri üçündür!
Bəli, bu mərasim Azərbaycanın milli birliyinin təcəssümü idi. Hər bir şəhidimiz bir ailənin deyil, eyni zamanda bütün millətin şəhididir!
Qeyd edək ki, mayor Rasim Məmmədovun atası Əbdül Məmmədov da qazidir. O, öz sağlamlığını Azərbaycan torpaqlarının müdafiəsində itirib və 24 ildir 1-ci qrup əlildir. Onun mətbuata vediyi müsahibədə “o biri oğlum da vətənə qurbandır” deməsi Rasimdəki vətənpərvərliyin, öncədən vətən uğrunda şəhid olmaq istəyinin hardan qaynaqlandığını ortaya qoyur...
Bu hüzr mərasimi zamanı o da məlum oldu ki, hərbi-strateji cəhətdən mühüm olan Lələtəpə yüksəkliyinin alınmasında Rasimin xüsusi qəhrəmanlığı olub. Hansı ki, bu yüksəklik işğalda olan digər ərazilərimizin gələcəkdə azad olunması üçün çox böyük əhəmiyyət daşıyır..
Əslində şəhidlərimizin qanı bahasına aldıqları torpaqlar təkcə hərbi-strateji əhəmiyyətinə görə deyil, vətən torpağı olduğu üçün əhəmiyyətlidir. Bundan öncə ermənilər bəyan edirdilər ki, “bizə Ermənistan ordusu lazım deyil, Qarabağ erməniləri də Azərbaycana bəs edər”. Lakin ordumuz bir daha sübut etdi ki, Rusiya Ermənistan arxasında dayansa da, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməyə qadirdir!
Əlbəttə, ermənilərin işğalçılıq siyasətinə təkcə Rusiya kömək etmir. Qərb dövlətləri, Fransa başda olmaqla, ermənilərə həm maddi cəhətdən, həm də onların silahlandırılmasında əllərindən gələni əsirgəmirlər. Biz isə bu savaşda yalnız qardaşı Türkiyənin dəstəyinə arxalana bilərdik. Elə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun bu barədə verdiyi bəyanat da diqqətdən qaçmamalıdır: “Ermənistan silahlı qüvvələrinin hücumlarını yaxından təqib edirik və Türkiyə hökuməti adına, Türkiyə Böyük Millət Məclisi adına lənətləyirik! Bu hücumda həyatını qurban verən Can Azərbaycanın vətən şəhidlərinə Allahdan rəhmət, bütün Azəri qardaşlarımıza baş sağlığı veririk. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın silahlı hücümuna və işğalçılıq siyasətinə qarşı Can Azərbaycanla çiyin-çiyinə qiyamətə qədər durmağa hazırıq! Can Azərbaycanın itirdiyi hər bir şəhid bizim canımız, bizim ürəyimizdir! Can Azərbaycanın torpaqları, Dağlıq Qarabağ daxil olmaqla, qurtulana qədər biz də 78 milyonluq Türkiyə olaraq Azərbaycanın yanında durmağa davam edəcəyik!”.