ADP-nin qərarı yaxın günlərdə bəlli olacaq

15.08.2013

Prezident seçkiləri ilə bağlı artıq namizədliyə iddialılar MSK-ya müraciət etməyə başlayır. Bir neçə namizəd qeydiyyata da alınıb. Bir sıra partiyalar toplantılarını keçirib namizədlərini irəli sürürlər. Namizədi məlum olmayan partiyalardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Qeyd edək ki, partiya "Qarabağ” blokunun təsisçilərindən biridir və digər təsisçi olan Ümid Partiyası artıq öz sədrinin namizədliyini irəli sürüb. ADP-nin sədrinin I müavini Həsrət Rüstəmovla danışıb. H.Rüstəmov açıqlamasında vaxtın onların əleyhinə işləsə də, qərarın hələ verilmədiyini bildirib. "ADP-nin qərarı yaxın günlərdə bəlli olacaq. Düzdür vaxt bizim əleyhimizə işləyir, amma hazırkı - müxalifət üçün çətin bir durumda səhv qərar verməməyimiz üçün bir qədər səbrli, təmkinli olmağımız düzgün olardı.
İstənilən halda seçkiyə öz namizədimizlə qatılsaq belə, bizim 15- 20 gün imza kampaniyasına vaxt ayırmağımız yetərlidir. Ona görə də çox da narahat deyilik və müxalifətdəki vəziyyətin bir qədər də aydınlaşmasını gözləmək niyyətindəyik” – deyə H.Rüstəmov bildirib.

Printer »»»