Sərdar Cəlaloğlu ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

27.01.2015

ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan xalqının milli kodlaşdırma probleminin həll olunması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə müstəqillik qazandığımız gündən bu tərəfə Azərbaycan dövlətinin təşəkkülü və xalqımızın formalaşması sahəsində xeyli işlərin görüldüyü qeyd edilməklə, bunlarla yanaşı Azərbaycan xalqının milli kodlaşdırılması probleminin bu günədək həll olunmamış qaldığı vurğulanıb.

ADP sədri məktubunda Azərbaycanda vətəndaşlıq institutunun, vətəndaş-dövlət bağlarının möhkəmləndirilməsində, vətəndaşların dövlətçiliyin saxlanmasında və qorunmasında fəallığını artırmaq, ictimai və dövlətçilik şüurunun formalaşmasında, vətəndaşlara tarixi ruhun aşılanmasında, milli mənlik şüurunun inkişaf etdirilməsində, dünya azərbaycanlılarının real milli həmrəyliyinin təmin edilməsində milli kodlaşdırılma ilə bağlı bir çox praktiki addımların atılmasının zəruriliyini qeyd edərək, dövlətçilik tariximizin görkəmli simaları - mərkəzləşdirilmiş dövlətçilik uğrunda, xalqımızın etnik birliyi və tarixi ərazilərimizin erməni-gürcü-rus işğalından və eləcə də, xalqımızın fars şovinizminin əsarətindən qorunmasında, Azərbaycanda separatizmin aradan qaldırılmasında, Azərbaycan xalqının mədəniyyətinin və dilinin inkişaf etdirilməsində, milli diplomatiyanın təşəkkülündə, türkdilli xalqların yaxınlaşdırılmasında müstəsna xidmətləri olmuş Nadir Şah Əfşarın, Ağa Mühəmməd Şah Qacarın, şahzadə Abbas Mirzənin eləcə də milli demokratiya tariximizin görkəmli nümayəndələri Səttar Xanın və Şeyx Mühəmməd Xiyabaninin həyat və fəaliyyətinin, onların siyasi irsinin öyrənilməsi, onları xalqımıza və bütün dünyaya tanıtdırılması, xatirələrinin əbədiləşdirilməsi sahəsində ciddi işlərin görülməsi sahəsində dövlət proqramının həyata keçirilməsini təklif edib.

Printer »»»