Ukrayna ilə Rusiya arasında gərginliyin yeni hərbi fazaya daxil olmasından ciddi narahat olduğunu bildirib

26.01.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə Uktaynada separatçı qüvvələrin hərbi hücumları nəticəsində çoxlu sayda dinc sakinlərin həlak olmasından, Ukrayna ilə Rusiya arasında gərginliyin yeni hərbi fazaya daxil olmasından ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini Ukraynanı Rusiya hərbi təcavüzündən qorumaq üçün öz səylərini birləşdirməyə, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün zəruri addımlar atmağa çağırıb.
İdarə Heyəti Rusiya Dövlət Dumasının Abxaziya ilə bağlanmış müqaviləni ratifikasiya edərək bu ölkə üzərində nəzarəti tam həyata keçirmək səlahiyyəti əldə etməsini, bundan sonra Abxaziya qoşunlarının rus hərbi komandanlığının altına keçməsini Abxaziyanın Rusiya tərəfindən tam ilhaqı kimi dəyərləndirib və BMT-ni Rusiyanın bu hərəkətinə qiymət verməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin pozulmazlığı prinsipinə əməl etməyə çağırıb.

İdarə Heyəti son günlər ermənilərin qondarma erməni soyqrımını dünyada tanınması istiqamətində göstədiyi cəhdlərdən, onların bir sıra ölkələrə müracit edərək dövlət başçılarının anım mərasimində iştirak etməsi üçün göstərdiyi səylərdən narahat olduğunu bildirib və dünya dövlətlərini tarixi əsası olmayan qondarma soyqırım məsələsində obyektivlik nümayiş etdirməyə, məkrli erməni planlarına dəstək verməməyə çağırıb. Eyni zamanda İdarə Heyəti Almaniya kansleri A.Merkelin ermənilərin qondarma soyqırım mərasimində iştirak etməkdən imtina etməsini, bu tarixi olayı tarixçilərin ixtiyarına buraxılması ilə bağlı səsləndirdiyi bəyanatı yüksək dəyərləndirib və bütün dünya dövlətlərini qondarma soyqırım məsələsinə münasibətdə A.Merkeldən nümunə götürməyə çağırıb.

İdarə Heyətində son zamanlar cəzacəkmə müəssisələrində qeyri-insani rəftar, işgəncə və ölüm hadisələri ilə bağlı da müzakirələr aparılıb. Müzakirələrdə cəzaçəkmə müəssisəsində məhkum Lamiyyə Quliyevanın uşaq dünyaya gətirməsinin ictimailəşməsi faktına da münasibət bildirilib. İdarə Heyəti baş vermiş olayla bağlı müvafiq dövlət orqanlarını obyektiv araşdırma apararaq adı çəkilən məhkum xanıma qarşı təcavüz olub-olmaması faktının müəyyən edilməsi istiqamətdə addımlar atmağa, eyni zamanda faktla bağlı günahkar şəxslər olacağı təqdirdə həmin şəxslərin barəsində qanun çərçivəsində ölçü götürməyə çağırıb.

Printer »»»