Atəşkəsin pozulması müharibə riskini artırır

03.02.2014

“Son vaxtlar cəbhə bölgəsində atəşkəs rejiminin intensiv şəkildə pozulması müharibə riskini artırır”. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev “OLAYLAR”-a bildirib ki, cəbhədə atəşkəsin pozulmasının arxasında Ermənistan deyil, Rusiya dayanır: “Bu Qərblə Rusiya arasında postsovet məkanı uğrunda gedən mübarizənin bir elementidir. Gedən lokal döyüşlərdə əks tərəfdə hərbi komandanın təkcə erməni dilində deyil, başqa dildə də verilməsi qeydə alınıb və bu fakt Azərbaycan tərəfindən rəsmi olaraq qeyd edilib. Hamıya məlumdur ki, bu rus dilidir və ruslar tərəfindən verilən komandadır”.

Printer »»»