Tablolarda prezident İ.Əliyevdən başqa heç bi rnamizədin şəklini yerləşdirməyə imkan vermir

21.09.2013

ADP Mərkəzi Seçki Qərargahına daxil olan məlumatlara görə prezidentliyə namizəd S.Cəlaloğlunun təbliğat-təşviqat kompaniyası ilə bağlı bir sıra seçki məntəqələrində süni manelər yaradılır, namizədin şəkli əks olunan plakatlar lövhələrdən cırılıb atılır. Naxçıvan Muxtar Respublikasından əldə olunan məlumatlara görə məktəblərin nəzdində yerləşən məntəqələrdə lövhələr asılmayı, əksər məntəqələrdə asılan löhvələr isə çox kiçik ölçüdədir və yalnız hakimiyyə yönlü namizədlərin plakatları yerləşdirilib. 31 saylı Suraxanı 2-ci seçki dairəsi 12 saylə məntəqənin sədri məntəqə ərazisuində yerləşən tablolarda prezident İ.Əliyevdən başqa heç bi rnamizədin şəklini yerləşdirməyə imkan vermir.Gəncə şəhəri Texnologiya İnstitunun nəzdində yerləşən 31 saylı dairənin 12-ci məntəqənin sədri  prezidentliyə namizəd S.Cəlaloğlunun lövhəyə yapışdırılan şəkillərini aşkar şəkildə çırıb kənara tullayıb.

Printer »»»