Prezidentliyə namizəd bunları həyata keçirəcək

20.09.2013

Azərbaycanda doğulan hər bir uşağa1000 (min) manat birdəfəlik, 18 yaşına çatanadək isə hər ay minimum əməkhaqqı miqdarında müavinət veriləcək;
Axrıncı övladı 18 yaşına çatanadək hər bir evdar qadın üçün uşaqlarını böyütdüyü dövr əmək stajı kimi hesablanacaq;
Evsiz hər bir ailəyə dövlət evləri veriləcək, belə evlər olmayan yerlərdə həmin ailələrin kirayə haqqı dövlət hesabına ödəniləcək;
Evlənmək istəyən gənclərə faizsiz uzunmüddətli evlənmə krediti veriləcək;
Neft və qazdan əldə olunan gəlirin 80 % birbaşa ailə büdcələrinə köçürüləcək;
İşini itirmiş hər bir vətəndaşa 3 il axırıncı iş yerindən aldığı əmək haqqının 60%-i, işsizlik statusu almış vətəndaşlara isə minimum əməkhaqqı həcmində hər ay yardım ediləcək;
Dövlət sektorunda çalışanların, xüsusi ilə də təhsil və səhiyyə işçilərinin əmək haqları real əməkhaqqı sistemlərinə keçiriləcək, bununla da orta əməkhaqqının miqdarı 1000-1500 manat miqdarında müəyyən ediləcək;
Sosial borclarını ödəmək imkanı olmayan ailələr borclardan azad ediləcək, banklara kredit borcunu ödəmə qabiliyyətini itirmiş vətəndaşların kredit faizləri ləğv ediləcək;
İnfilyasiya ilə bağlı cari indeksasiya siyasəti həyata keçiriləcək;
Aztəminatlı ailələrin uşaqlarının pullu təhsili dövlət hesabına ödəniləcək;
Orta təhsil müəssisələrində bütün dərs ləvazimatları tam dövlət hesabına, ibtidai sinif şagirdləri isə dövlət hesabına paltar və yeməklə təmin olunacaq;
Xaricdə təhsil almaq istəyən aztəminatlı ailələrin uşaqlarına uzunmüddətli faizsiz kreditlər veriləcək;
Dövlət səhiyyə sektoruna büdcədən ayrılan vəsait 10 dəfə artırılacaq;
Səhiyyədə sığorta sisteminin tətbiqi həyata keçiriləcək, tibbi müayinə, müalicə və dərman təminatı tam olaraq sığorta şirkətləri tərəfindən ödəniləcək;
Dispanser uçotunda olan xəstələr, müalicəsi baha başa gələn ağır xəstəlikləri olan vətəndaşlar tam dövlət hesabına tibbi yardımla təmin ediləcək;
İnsan sağlamlığı üçün təhlükəli olan qida və gündəlik tələbat mallarının idxalı qadağan olunacaq və ərzaq təhlükəsizliyi tələblərini pozan şəxslər cəzalanacaq;
Azərbaycanda istehsal olunan mal və məhsulların xaricdən gətirilməsinə məhdudiyyətlər qoyulacaq;
Gizli qiymət artımına və inhisarçılığa qarşı ciddi tədbirlər görüləcək;
Regionda orta və iri daimi iş yerləri açan müəssisələr 5 il hər cür vergidən azad ediləcək;
Vergi və cərimələrin miqdarı 2 dəfə azaldılacaq;
Restitusiya (mülkiyyətin əsl sahibinə qaytarılması) siyasəti həyata keçiriləcək, mülkiyyətin əldə edilməsi və ötürülməsində yol verilmiş ədalətsizliklər bərpa olunacaq, eləcə də dövlətin vətəndaşlardan aldığı mülkiyyətin real qiymətlərə uyğun əvəzi ödəniləcək;
Dövlətin təhlükəsizliyini təhdid edən, inhisarçılıqla məşğul və strateji əhəmiyyətli olan müəssisələr milliləşdiriləcək;
Orduda həyatını itirmiş hərbiçilərin ailələrinə ömürlük minimum əməkhaqqı miqdarında müavinət ödəniləcək;
 Azərbaycan ordusu NATO standartlarına uyğun formalaşdırılacaq və təchiz olunacaq;
Azərbaycan NATO-ya inteqrasiya edəcək;
Bütün zabitlər evlə təmin ediləcək;
Həqiqi hərbi xidmətdə olan hər bir əsgərə minimum əməkhaqqı miqdarında müavinət veriləcək;
Qarabağ probleminin hüquqi müstəvidə həll olunmasına cəhd ediləcək;
Dağlıq Qarabağda azad iqtisadi zona yaradılacaq;
Dağlıq Qarabağ ermənilərinə ikilik vətəndaşlıq statusu veriləcək;
Ermənistan dövlətindən işğal nəticəsində Azərbaycan xalqına dəyən maddi və mənəvi ziyana görə kompensasiya tələb ediləcək;
Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəməyə veriləcək.


Printer »»»