"Korrupsiyaya bulaşmışlar bu xalqa rəhbərlik edə bilməz"

11.04.2013
"Qeyri-adi heç nə yoxdursa, niyə dünya buna bu qədər yer ayırır?"
ADP sədri Sərdar Cəlaloğlu deyir ki, ailənin biznes fəaliyyəti ilə məşğul olmasında qeyri-adi heç nə olmaya bilər. Amma söhbət, həmin biznesin mənbəyi ilə bağlı şübhələrdən gedir: "Əgər qeyri-adi heç nə yoxdursa, niyə dünya mətbuatı buna bu qədər yer ayırır? Bu adi, qanunauyğun bir fəaliyyət olsaydı, beynəlxalq ictimaiyyət buna bu qədər önəm verməzdi. Azərbaycan prezidentinin bu cür nəhəng şirkətlərə sahib olması sözsüz ki, şübhələr doğurur.
 

Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada ən korrupsioner ölkələrdən biri kimi tanınır. Hesab edirəm ki, Prezident Administrasiyasının rəhbərliyi bu qədər vəsaitin necə ərsəyə gəldiyi barədə izahat verməlidir".

Printer »»»