ADP-çi gəncə və ailəsinə təzyiqlər edilir

11.01.2013

ADP- gənclər təşkilatının sədir müavini Azər Sadıxovu həbs olunacağı ilə təhdid edirlər


Mart ayının 10-da “Əsgər ölümlərinə  son” şüarı ilə keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə məhkəmə tərəfindən cərimələnən ADP-çi gənclərə, onların ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqlər davam edir. Belə ki, ADP sədrinin Gənclərlə iş üzrə müavinliyinin kordinatoru Azər Sadıxovdan 10 mart aksiyasında iştirak etdiyinə görə Səbail Rayon Məhkəməsi tərəfindən inzibati qaydada cərimələndiyi 500 manatın ödənilməsi tələb olunur. Bu gün Azər Sadıxovun qeydiyyatda olduğu Astara rayonun İcra şöbəsinin rəisi Davud Ağayev onun valideynlərinin yaşadığı mənzilə gedərək bildirib ki, cərimə həftənin axırına qədər ödənilməsə, əmlakınız müsadirə olunacaq, ya da Azər həbs olunacaq. Daha sonra həmin şəxs Azər Sadıxovla telefon əlaqəsi yaradaraq cərimənin təcili ödənilməsini tələb edib, əks halda Azəri həbs olunacağı ilə təhdid edib. Azər cəriməni hissə-hissə ödəmək imkanının olduğu bildirsə də, icra məmuru bildirib ki, ona Bakıdan göstəriş verilib ki, cərimə tam şəkildə həftə sonuna qədər ödənməlidir. Görünür hakimiyyət orqanları bu metodlarla gənclərin gözünü qorxutmaq, onları siyasi proseslərdən təcrid etmək istəyir. Xatırladaq ki, 10 mart aksiyasında iştirak etdiyinə görə 500 manat məbləğində cərimə olunan digər ADP-çi gənc Osman Əhmədov idi.
Printer »»»