ADP MDİ-ni müdafiə etdi

01.04.2013


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti üzvləri öncə kütləvi insan qırğını ilə nəticələnən və dünya tarixinin ən qanlı səhifəsi kimi yaddaşlarda qalan 31 mart soyqırımına münasibət bildirib və bu qanlı hadisəni ermənilərin azərbaycanlılara qarşı törətdiyi genosid hadisəsi kimi dəyərləndirib. Ölkədə 31 mart qırğını ilə bağlı keçirilən tədbirləri təqdir edən partiya yetkililəri hakimiyyəti soyqırımla əlaqədar daha geniş tədbirlər keçirməyə, soyqırımın baş verdiyi yerlərdə abidələr ucaltmağa, xüsusi və geniş aiditoriyaya hesablanmış radio və televiziya yayımları təşkil etməyə, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanıması üçün ciddi siyasi və diplomatik səylər göstərməyə çağırıb.
 İdarə Heyəti   üzvləri Respublika Prokurorluğunun ABŞ Milli Demokratiya İnstitunun guya Azərbaycanda inqilabi dəyişikliklər etmək məqsədi ilə sosial şəbəkələrə 1 milyon dollar vəsait ayırıması ilə bağlı qeyri-qanuni fəaliyyətini əsas götürərək bu məslələnin araşdırılması üçün ABŞ səfirliyindən izahat tələb etməsinə münasibət bildirib. Qeyd olinub ki, bu cür, iki dövlət arasındakı siyasi və diplomatik əlaqələrə xələl gətirən hərəkətlər yol verilməzdir və bu addımın arxasında ölkədə qərbin mövqeyinin zəifləməsinə, Rusiyanın iddialarının genişlənməsinə xidmət edən ruspərəst dairələrin gizli niyyətləri durur. Hakimiyyətin Azərbaycanın ABŞ-la münasibətlərini korlaya biləcək bu cür tələsik, şaiyələrə əsaslanan addımlarını tənqid edən İdarə Heyəti iqtidarı ölkədə demokratiya və insan haqlarının qorunması istiqamətində səyləri gücləndirməyə, demokratik mühitin formalaşdırılmasına imkan yaratmağa çağırıb.

 İdarə Heyəti üzvləri “El” hərəkatının ofisidən məhrum edilməsini pisləyib və hakimiyyətin bu addımını ölkədə demokratik hərəkata və ictimai-siyasi təşkilatların fəaliyyətinin məhdudlaşdırılmasına qarşı yönələn repressiv bir cəhd olduğunu diqqətə çatdırıb. Hakimiyyətin yenicə yaranmaqda olan bu təşkilata qarşı yeritdiyi təzyiq siyasətinin yol verilməz olduğunu bildirən partiya rəsmiləri bu cəhdlərin konstitusiya və beynəılxalq normalara uyğun gəlmədiyini və öz opponentlərinə qarşı yalnız zorun gücü ilə davranaraq onları siyasi səhnədən uzaqlaşdırmaq məqsədi güddüyünü qeyd edib.
 İdarə Heyəti üzvləri “Nida”çı gənclərin müxtəlif adlarla həbsinin davam etdirilməsini də pisləyib, bu həbslərdə əsas məqsədin azərbaycan gəncliyinin siyasi aktivliyinin qarşısının süni şəkildə alınması, seçki qabağı vətəndaşlarda qorxu və xof yaradılması, ictimai oyanışıın inzibati yollarla yatırılması və demokratik dəyişiklilərin əngəllənməsi olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri Ağsuda məscidin bağlanması faktını qətiyyətlə pisləyib və bu faktın insan haqlarına zidd olduğunu, vətəndaşların konstitusiya ilə təmin edilən vicdan azadlıqlarının kobud şəkildə pozulduğu, dövlətin dini işlərə müdaxiləsi kimi dəyərləndirib və hakimiyyəti vətəndaşların milli, dini hisslərinə qarşı yönəlmiş bu neqativ hərəkətlərdən çəkinməyə çağırıb.
 Idarə heyəti üzvləri Şuşada “Talışo-səda” radiosunun fəaliyyətə başlamasınından narahat olduğunu bildirib və bu cür separatist hərəkətlərin arxasında Rusiya müəllifliyinin durduğunu diqqətə çatdırıb və hakimiyyəti suverenliyimizin pozulmasına qarşı yönələn bu və digər buna bənzər separatist hərəkətlərin qarşısını almağa,  dövlətin unitarlığına xələl gətirə biləcək cəhdlərin qarşısını hər vasitə ilə almağa çağırıb.

Printer »»»