ADP GƏNCLƏRİ BƏYANAT YAYDI


01.04.2013

ADP GƏNCLƏRİ BƏYANAT YAYDI
ADP-nin gənclərlə iş üzrə müavinliyi Nida vətəndaş hərəkatına daxil olan gənclərin həbsinin davam etdirilməsinə münasibət bildirən bəyanat qəbul edib. Bəyanatda deyilir: “Son zamanlar hakimiyyəti qəsb edən hazırkı rejimin xalqa qarşı aşkar siyasəti, orduda ardı-arası kəsilməyən əsgər ölümləri, hakimyyətdə olanların rüşvət və korrupsiyaya bulaşması, azad fikirli jurnalistlərin həbsləri, ölkəni bürüyən qanunsuzluqlar və bunlara qarşı olan  aktiv gənclərin şərlənərək həbs edilməsi ölkənin qanunlarla deyil şəxsi və qrup maraqlarının təsiri ilə idarə olunduğunu subuta yetirir. ADP gəncləri olaraq heç bir əsas olmadan, yalnız demokratik dəyərləri müdafiə etdiklərinə görə Nida vətəndaş hərəkatının üzvüləri Rəşad Həsənovun, AXCP Gənclər komutəsinin üzvü Daşqın Məlikovun, habelə siyasi mənsubiyyət və  baxışlarına görə  bundan əvvəl həbs edilən bütün insanların təcili azad olmasını tələb edirik.
Eyni zamanda iqtidarı  Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin, Avropa insan hüquqları konvensiyasının və Azərbaycanın tərəfdar çıxdığı digər beynəlxalq hüquqi sənədlərin müddəlarına  əməl etməyə, insanların siyasi baxışları və siyasi mənsubiyyətinə görə həbs etməməyə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çagırırıq.”

Printer »»»