"ADP qeyri-ciddi təşkilat olan Milli Şuraya qoşulmayacaq"

09.11.2013

"ADP-nin indiki mərhələdə hədəfi və gələcək strategiyası,proqramı bəlli olmayan qeyri-ciddi təşkilat olan Milli Şuraya qoşulmaq niyəti yoxdur." Bunu  ADP sədrinin birinci müavini Həsrət Rüstəmov təmsil ounduğu təşkilatın Milli Şuraya qoşulması  prespektivlərinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, seçkiyə qədər ADP-nin Milli Şuraya qoşulması ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb, amma seçkidən sonra belə bir danışıq aparılmayıb və bu  məsələ gündəmdə deyil.  "Özünə hörmət edən siyasi təşkilatın  gələcək hədəfləri bəlli olmayan bir quruma qoşulmasını düzgün saymıram.  Amma Milli Şura ilə hansısa formatda və ya müəyyən məsələlər ətrafında əməkdaşlıq ola bilər.
Çünki oradakı bəzi partiyalarla çox yaxşı münasibətlərimiz var və ümummmili məsələlər atrafında birgə fəaliyyət mümkündür və biz buna hazırıq"
Printer »»»