ADP İDARƏ HEYƏTİ METRODA QƏZET SATIŞINI BƏRPA ETMƏYƏ ÇAĞIRDI

18.11.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə noyabrın axırlarında Vilnusda Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində keçiriləcək sammitdə ölkəmizin iştirakı ilə bağlı məsələyə münasibət bildirib. İdarə heyəti üzvləri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi ilə münasibəti olan ölkələrin daha dərin siyasi və iqtisadi əlaqələr qurulmasına zəmin yaradan bu sammitin ölkəmiz üçün strateji əhəmiyyətini qeyd edib və hakimiyyəti Avropaya inteqrasiya istiqamətində tələb olunan addımlar atmağa, ölkədə demokratiya, insan haqlarının qorunması istiqamətində səyləri gücləndirməyə çağırıb.
Azərbaycanın müstəqilliyi və suverenliyinin, milli maraqlarımızın qorunmasının yalnız Avropaya  inteqrasiya şəraitində gerçəkləşə biləcəyinə diqqət çəkən partiya yetkililəri bu istiqamətdə səylərini qardaş Türkiyənin Avropa Birliyi ilə bağlı strateji xətti ilə birləşdirməyi və hər iki ölkənin birgə mənafeyinə xidmət edən beynəlxalq siyasət yürütməsini məqsədə uyğun hesab edib.
İdarə heyəti üzvləri ölkə başçısı İ.Əliyevin Ukrayna Respublikasına səfərini iki ölkə arasında iqtisadi, siyasi və qarşılıqlı əlaqələr baxımından faydalı səfər olduğunu bildirib və bu ilişkilərin istər MDB məkanında hegemonluq iddiasından əl çəkməyən Rusiyaya müqavimət baxımından, istərsə də Avropa evinə birgə inteqrasiya baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti ATƏT-in Minsk qrupu həmsədrlərinin son hesabatına münasibət bildirib və bu hesabatın sırf protokol xarakter daşımasını qeyd etməklə əsas məqsədin Qarabağ probleminin yenidən konservləşdirilməsi, problemin həllindən çox qarşı tərəfin içğalçılıq meyillərinin güclənməsinə şərait yaradan atəşkəs rejiminin müddətinin uzadılmasına xidmət etdyini diqqətə çatdırıb və hakimiyyəti ATƏT-in Minsk qrupu həmsədrlərinin yarıtmaz fəaliyyəti ilə bağlı ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti son vaxtlar metro stansiyalarında qəzet və kitab satışının qadağan edilməsi ilə bağlı atılan addımları qətiyyətlə pisləyib, bu addımın siyasi motivli, azad mətbuatın yayılmasının qarşısının alınması kimi dəyərləndirib və haklimiyyəti müstəqil informasiyanın yayılmasına qarşı yönələn bu hərəkətlərdə geri durmağa, söz, mətbuat, ifadə azadlğı ilə bağlı üzərinə düşən konstitusion öhdəlikləri yerinə yetirməyə çağırıb.
İdarə Heyəti son vaxtlar hakimiyyətin ayrı-ayrı qurmlarının kommunal sahədə, ictimai nəqliyyat sektorunda baş verə biləcək bahalaşma, ərzaq mallarını qiymətinin qalxması ilə bağlı verdiyi açıqlamlardan narahat olduğunui bildirbib və  bu bahlaşma siyasətinin onsuz da iqtisadi çətinliklərin, sosial gərginliklərin, işsizlik və infilyasiyanın yaşandığı ölkəmizdə qarşısı alınmaz yeni problemlər yaradacağından əndişə duyduğunu diqqətə çatdırıb və hakimiyyəti istər gizlin, istərsə də faktiki bahalaşma siyasətinə son qoymağa çağırıb.
İdarə heyəti üzvləri hakimiyyətin diqqətini ölkədə yaşanan iqtisadi çətinliklərə, aztəminatlı ailələrin və əlillərin sosial vəziyyətiinin ağırlığına diqqət yetirməyə, bu qəbildən olan ailələrə dövlət büdcəsindən ayrılan vəsaitləri artırmağa, kimsəsiz ailələrə, əmək qabiliyyətini birdəfəlik itirən şəxslərə diqqəti artırmağa və bu sahədə uzun müddətli proqramlar hazırlamağa çağırıb.
İdarə heyəti Tatarıstanda baş verən təyyarə qəzasında  adı çkilən ölkənin prezidentinin oğlu da daxil olmaqla çox sayda insanın həlak olmasından ddərin təəssüf hissi keçirdiyini bildirib və Tatarıstanın Azərbaycandakı nümayəndəliyinə başsağlığı məktubu göndəməyi qərara alıb. 
Printer »»»