ADP msk-nın son qərarını pislədi

06.08.2013

Azərbaycan Mərkəzi Seçki Komissiyasının 9 oktyabr prezident seçkilərində namizədlərin maliyyə hesabları haqqındakı təlimata etiraz edən bəyanat qəbul edib. Bəyanatda deyilir: “Seçki Məcəlləsinə seçkilərdə iştirak edən namizədlərə dövlət büdcəsindən maliyyə yardımının edilməməsi ilə əlaqədar edilmiş dəyişikliklər vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş seçilmək hüququnu məhdudlaşdırır. Dövlət büdcəsindən maliyyə yardımından şüurlu şəkildə kənarda saxlanılan müxalif siyasi partiyaların prezident seçkilərində də maliyyə dəstəyindən məhrum edilməsi faktiki olaraq onların seçkilərdən zorla kənarda saxlanması cəhdidir. Eyni zamanda seçki hesablarına maliyyə vəsaitlərinin könüllü cəlb edilməsinin yeni proseduru da müxalifətdən olan namizədlərin məhdud imkanlarını daha da məhdudlaşdırmağa hesablanıb.
Beləliklə hakimiyyətin namizədindən fərqli olaraq dövlətin resurslarından artıq heç bir istifadə imkanları qalmayan müxalifətin prezident seçkilərində iştirakı imkanları seçkilər başlamamışdan qeyri bərabər vəziyyətə düşüb.”
Bəyanatın sonunda: “ADP hakimiyyəti, mövcud vəziyyətin dəyişdirilməsi, seçkidə iştirak edən namizədlərə kifayət edəcək məbləğdə dövlət vəsaitinin ayrılması ilə əlaqədar təcili qərar verməyə çağırıb.”    

Printer »»»