ADP İdarə Heyətində qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub

12.08.2013

Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər əsas müzakirə obyekti olub. Topantı iştirakçıları ilk növbədə ABŞ səfirinin ölkəmizdəki seçki qabağı vəziyyət, seçkilərin şəffaf və ədalətli keçirilməsinə çağrışlar barədə verdiyi bəyanata münasibət bildirib və səfirin seçkilərin ədalətli keçirilməsinə dair səsləndirdiyi fikrləri müsbət dəyərləndirib. Eyni zamanda səfirin seki kampaniyasına ayrılan vaxtın məhdudlaşdırılmasını təqdir etməsinə münasibət bildirən partiya yetkililəri bu yanaşmanı demokratik seçki mühitinin formalaşmasına xidmət etməyən, əksinə seçkilərin vaxt baxımından hakimiyyətin mənafeyinə uyğunlaşdırılan bir dəyərləndirmə olduğunu diqqətə çatdırıb və adı çəkilən ölkə rəhbərlərini Azərbaycanda ədalətli, şəffaf və bərabər seçkilər keçirilməsi üçün səylər göstərməyə çağırıb.
İdarə Heyəti Moldovalı ombudsman Aureliya Qriqorinin Ermənistanı Xocalı soyqırımına görə ittiham edən fikirlər səsləndirməsindən sonra ona qarşı istər Ermənistanda, istərsə də öz ölkəsində başladılan piar kampaniyasından narahat olduğunu bildirib və bu basqıları azad sözə, sərbəst ifadəyə qarşı yönəlik hərəkət kimi dəyərləndirib və Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinin qorunması istiqamətində diplomatik səylər göstərməyə, yeri gələrsə xanım ombudsmana vətəndaşlıq təklif etməyə çağırıb.
İdarə Heyəti ABŞ hökumətinin ATƏT-in Minsk qrupuna ölkəsinin yeni həmsədrini təyin etməsini təqdir edib və  yeni həmsədrin Qrabağ probleminin sülh yolu ilə ədalətli həllində prinsipal mövqe tutmasına, Ermənistan hakimiyyətinin barışmazlığı ucbatından  dalana dirənən münaqişənin  çözülməsində fundamental yanaşmalar ortaya qoyacağına ümidvar olduğunu ifadə edib.
İdarə Heyəti AŞ İnsan Haqları Komissarının Azərbaycandakı mövcud durumu aydınlaşdıran hesabat, ölkəmizdə seçki qabağı vəziyyətin demokratik tələblərə çavab verməməsi, həbslərin, repressiyanın hələ də davam etməsi, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması barədə səsləndirdiyi fikrirlərə münasibət bildirib və bu hesabatın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini diqqətə çatdırıb. Partiya rəsmiləri Azərbaycan hakimiyyətini hesabatdan düzgün nəticə çıxarmağa, sadalanan neqativlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atmağa və insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.
İdarə Heyəti 47 ölkə arasında çinayət artımı ilə bağlı keçirilən monitorinqin nəticələrinə görə Azərbaycanın sıradan üçüncü yer tutmasından ciddi narahat olduğunu bildirib və bu neqativ göstəricinin ilk növbədə sosal iqtisadi problemlər və ədalətsiz məhkəmə hökmləri ilə bağlı olduğunu diqqətə çatdırıb. Partiya yetkilələri  hakimiyyəti kriminogen durumun gərginliyindən xəbər verən bu araşdırmalardan düzgün nəticə çıxarmağa, cinayət artımına bir başa təsiri olan sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa və vətəndaşları uzunmüddətli cinayət cəzası ilə üz-üzə qoyan qərəzli, sifarişli məhkəmə hökmlərinə son qoymağa çağırıb.
İdarə Heyəti Rusiya prezidenti V.Putinin yaxın günlərdə Azərbaycana gözlənilən səfərinə, səfərin pərdə arxası gizlinlərinə və rus politoloqlarının hələ Putinin səfərindən öncə Azərbaycanı vahid gömrük və Avrasiya İttifaqında görmək istədikləri barədə səsləndirdiyi fikirlərə münasibət bildirib və hakimiyyəti heç bir halda Rusiyanın patronajlığı altlında olan, onun imperiya ambisiyalarının kerçəkləşməsinə xidmət edən bu proyektlərə daxil olmamağa çağırıb, ölkəmizin iqtisadi, siyasi və mədəni tərəqqisinin yalnız Avroatlantik məkan daxilində ola biləcəyini diqqətə çatdırıb.
İdarə Heyətində qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələ də müzakirə olunub, partiyanın seçkilərdə iştirakı ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Müzakirələrin həftə sonuna qədər davam etdirilməsi qərara alınıb.

Printer »»»