ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib...

05.08.2013

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proselər əsas müzakirə obyekti olub. Toplantı iştiralçıları ilk növbədə qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar hazırkı situasiyanı dəyərləndirən fikrlər səsləndirib və bu seçkilərin yalnız demokratik, ədalətli və şəffaf şəraitdə keçirlməsi fonunda ölkəmizin gələcək inkişafına təkan verə biləcəyi qənatində olduğunu diqqətə çatdırıb. Lakin indiki mərhələdə hakimiyyətin seçkilərlə bağlı sərgilədiyi mövqenin demokratik tələblərə çavab vermədiyini, seçkilərdə iştirak edəcək namizədlərə azad, bərabər və ədalətli şərait yaradılmadığını, məqsədyönlü şəkildə seçkilərin vaxtının önə çəkilməsi və bu metodla müxalifətin seçkilərdə iştirak imkanlarının məhdudlaşdırılması faktlarını əsas gətirən İdarə Heyəti üzvləri bu seçkilərin də qeyri demokratik şəraitdə və total saxtalaşdırma ilə keçirələcəyindən xəbər verdiyini bildirib və hakimiyyəti  seçki öncəsi vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atmağa çağırıb.
 Seçkilərə mənfi təsir edən amillərdən birinin də Qərb institutlatrının bu seçkilərdə müşühidəçi statusu ilə çıxış etməkdan boyun qaçırması olduğunu bilirən toplantı iştirakçıları bu faktı  hakimiyyətlə siyasi sövdələşmə və siyasi konyunktura kimi dəyərləndirib, baş verə biləcək neqativ hadisələrdə hakimiyyətlə bərabər Qərbin də məsuliyyət daşıdığını qeyd edib.
Partiya rəsmiləri hakimiyyətin seçki öncəsi atdığı repressiv addımları pisləyib, haqqında məhkəmə qərarı olmayan şəxsləri seçkidən kənarda saxlamaq, müxalifətin boyük bir kəsimini təmsil edən Milli Şuranın vahid namizədi R.ibrahimbəyovun sekilərdə iştirakına əngəllər törətmək kimi addımların yol verilməz olduğunu, seçki ərəfəsində tanınmış jurnalist S.Əlibəylinin həbs edilməsinin, Vəkil Q.Məmmədovun həbs müddətinin uzadılmasını və digər repressiv addımları hakimiyyətin çeki öncəsi vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirib, hakimiyyəti ölkədə azad, bərabər və ədalətli seçki keçirilməsi üçün reformist addımlar atmağa çağıırb.
İdarə heyəti Küdəmir rayonunda vətəndaşların qiymət artımına qarşı keçirdikləri dinc etiraz aksiyasında polislər tərəfindən edilən zorakılıqları, onların həbs edilməsini qətiyyətlə pisləyib və hakimiyyəti süni qiymət qaldıran, vətəndaşların mülkiyyətinə əl qoyan məmurları cəzalandırmağa və həbs edilən vətəndaşları azadlığa buraxmağa çağırıb.
İranda keçirilən prezidentin inaqurasiya mərasiminə münasibət bildirən İdarə heyəti ölkənin yeni prezidenti H.Ruhaninin vəzifəsinə rəsmən başladıqdan sonra islahatçı addımlar atacağaına, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində siyasət yürüdəcəyinə və seçki öncəsi 30 milyondan çox sayda olan güneyli soydaşlarımıza insan haqları, milli problemlər barədə verdiyi vədləri yerinəı yetirəcəyinə ümid etdiyini bildirib. ADP İdarə heyəti eyni zamanda İranda həbs edilən güneyli fəalların həbsxanada aclıq aksiyası keçirməsi faktından ciddi narahat olduğunu bildirib, dövlət başçısını onların azadlığa qovuşması üçün təcili tədbirlər görməyə çağırıb. 
İdarə heyəti üzvləri Rusiya prezidenti V.Putinin Azərbaycana gözlənilən səfəri ərəfəsində ölkəmizin Avrasiya ittifaqına qoşulması şərtini irəli sürən ayrı-ayrı rus politoloqlarının səsləndirdiyi bəyanatları qətiyyətlə pisləyib və bu bəyanatların Azərbaycanın müstəqilliyi və suverenliyinə təhdid kimi qiymətləndirib. İdarə heyəti üzvləri Azərbaycanın Avroasiya ittifaqına məşvərətçi səslə qoşulacağı haqqında yayılan məlumatlardan ciddi narahat olduğunu bir daha qeyd edib və ölkənin gələcək inkişafını yalnız Avroatlantik məkana inteqrasiyada gördüyünü bəyan edib. 
İdarə heyəti üzvləri son vaxtlar orduda baş verən əsgər ölümləri, hərbi hissələrdə yaşanan xoşagəlməz hadisələrin artmasından dolayı narahatlığını bildirib və bu faktların ilk öncə hərbi nizam-intizamın pozulması, kadrların düzgün yerləşdirilməməsi, orduda rüşvət və korrupsiya faktlarının artması faktı ilə bağlı olduğunu bildirb, hakimiyyəti ordu hissələrində baş verən neqativləri aradan qaldırmağa, ölkədə hərbi vətənpərvərlik hisslərinin gücləndirilmsinə xidmət edən addımlar atmağa çağırıb. 

Printer »»»