“Pinəçi prezident ola bilir, Rafiq Əliyev yox?”

05.08.2013

ADP sədri Sərdar Cəlaloğlu Rafiq Əliyevin namizədlik ehtimalını şərh edib. S.Cəlaloğlu bildirib ki, bəzi siyasilər R.Əliyevin ziyalı olduğunu və bu səbəbdən də prezidentlik postu üçün o qədər də məqsədəuyğun olmadığını qeyd edir.  ADP sədri hesab edir ki, məsələyə bu cür yanaşmaq yanlışdır: “Türkiyənin prezidenti Sezər də ziyalı idi. Hüquqşünas idi və prezident oldu. Amerikada göyərti satanlar, pinəçilər prezident olur. Jurnalist və reportyorlar prezident seçilir. İndi necə olur ki, idarəetmə sahəsində doktorluq müdafiə edən və dünyada tanınan, Prezident Aparatında müşavir işləmiş bir adam siyasətçi olmur, kimsə ömründə bir saat da olsun dövlət işində işləmədiyi halda siyasətçi olur? Bu, Rafiq Əliyevin şəxsiyyətinə qarşı olan bir addımdır və mən bu addımı doğru hesab eləmirəm”.

Printer »»»