“Milli Şuradakı insanlar ora şəxsi maraqlarına görə yığışıb”

19.07.2013

ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında Milli Şura haqqında kəskin ittihamlar irəli sürüb. Bu qurumun öz şəxsi maraqlarını təmin etməyə çalışan fərdlərin birliyindən meydana gəldiyini qeyd edən ADP sədri, həmin maraqların təmin olunmayacağı təqdirdə Milli Şurada ciddi problemlərin meydana gələ biləcəyini qeyd etdi: “Milli Şura bir çoxlarının düşündüyünün əksinə olaraq, ideal qurum deyil. Ora insanlar fərdi maraqlarına görə toplaşıblar. Bu maraqlar bu və ya başqa şəkildə təmin olunmasa, ortaya ciddi problemlər çıxacaq. Bu, birmənalıdır. Buna görə də ortaya daha ciddi problemlərin çıxmaması üçün bu maraqların bu və ya digər dərəcədə təmin edilməsi mühüm əhəmiyyət kəsb edir”.

Printer »»»