Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin repressiya siyasəti, qanunsuz həbslər yeni vüsət alıb.

17.07.2013

Azərbaycan Demokrat Partiyası NİDA həkatı və Azad Gənclər Təşkilatının üzvləri Ülvi Həsənli, Kənan Qasımlı və Məcid Məcidlinin qanusuz həbs edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir. “Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin ayrı-ayrı siyasi liderlərə, tanınmış hüquqşünaslara, dini kəsimin nümayəndələrinə və gənc fəallara qarşı yeritdiyi repressiya siyasəti, apardığı qanunsuz həbslər yeni vüsət alıb. 15 iyulda Səbail Rayon Məhkəməsinin NİDA hərəkatı və Azad Gənclər Təşkilatının üzvləri Ülvi Həsənli, Kənan Qasımlı və Məcid Məcidlinin polisə müqavimət adı altında qanunsuz olaraq həbs edilməsi barədə qərarı hakimiyyətin həbslərlə müşayət olunan repressiv siyasətindən xəbər verir.
ADP gənc fəalların siyasi motivlərlə həbs edilməsi faktını qətiyyətlə pisləyir və bu həbslərin insan hüquq və azadlıqlarına,  demoktatiya və qanunun aliliyi prinsipinə zidd olduğunu, seçki ərəfəsində ölkə vətəndaşlarını xof və qorxu altında saxlamağa xidmət etdiyini bildirir və hakimiyyəti məqsədyönlü şəkildə başlatdığı repressiya və həbs siyasətinə son qoymağa çağırır.
ADP bəyan edir ki, gənc fəalların hansı ad altında həbs edilməsindən asılı olmayaraq bu həbslər sırf siyasi motivlidir və məhkəmənin çıxardığı qərəzli qərarlar hakimiyyətin siyasi sifarişindən qaynaqlanır.
ADP ictimai dəyişilmələrdə fəallıq göstərən gənclərin həbs edilməsi faktının arxasında hakimiyyətin qarşıdan gələn seçkilərdə siyasi alternativlərini səhnədən çıxarmaq, protest elektoratı təzyiq altında saxlamaq və bu qayda ilə seçkiləri yenidən total saxtalaşdırmaqla seçkilərin nəticəsini öz xeyrinə həll etmək istəyinin durduğunu bildirir.
ADP getdikcə artan repressiya və həbs siyasətinin ölkədə vətəndaş qaşıdurmasına, hadisələrin inqilabi məcraya yönəlməsinə xidmət etməsindən dolayı ciddi narahat olduğunu bildirir və hakimiyyəti bu qanunsuz, siyasi motivli həbslərə son qoymağa, ölkədə azad fikrin məhdudlaşdırılmasına qoyulan qadağaları aradan qaldırmağa, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə və qeyri-qanuni əsaslarla həbs edilmiş gəncləri dərhal azadlğı buraxmağa çağırır.  

Printer »»»