ADP- Qurban Məmmədovun qanunsuz həbsin pislədi

06.06.2013

Azərbaycan Demokrat Partiyası tanınmış vəkil, Azərbaycan xalq hərəkatının liderlərindən və ADP-nin sabiq rəhbərlərindən biri, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsini heç bir hüquqi əsası olmayan, siyasi sifarişlə həyata keçirilən qeyri-qanuni addım kimi dəyərləndirir.
ADP hesab edir ki, bu qanunsuz hərəkətə sifariş verənlər iqtidarın son vaxtlar intensiv şəkildə qərbyönümlü bəyanatlarının və praktiki addımlarının əksinə olaraq Azrbaycanla Qərb arasında qarşıdurma yaratmaq məqsədi güdür.
ADP son vaxtlar tanınmış ictimai xadimlərə qarşı açıq-aşkar, qeyri-qanuni, mənəvi və fiziki təzyiqlərin artmasını, bunun davamı olaraq Qurban Məmmədovun həbs olunmasını  iqtidar-müxalifət münasibətlərinin radikal müstəviyə keçməsinə çalışan hakimiyyətdə təmsil olunan ruspərəst qüvvələrin qonşu dövlətin Azərbaycanın daxili işlərinə qarışması üçün zəmin hazırlaması kimi dəyərləndirir.

ADP bu həbslə partiyanın müəyyən etdiyi siyasi xətdən uzaqlaşıb radikallaşmasına təhrik edən qüvvələrin öz məqsədlərinə çatmayacağını, bundan sonra da iqtidar-müxalifət münasibətlərinin dinc demokratik müstəvidə inkişaf etməsinə cəhd edəcəyini və Azərbaycanın Avroatlantik məkanına inteqrasiyasına sonadək dəstək verəcəyini və Azərbaycanı yenidən imperiya əsarətinə salmaq istəyən və buna dəstək verən qüvvələrə qarşı prinsipial mübarizə aparacağını bəyan edir.
ADP Qurban Məmmədovun qeyri-qanuni və siyasi sifarişlə həyata keçirilən həbsini qətiyyətlə pisləyir, hakimiyyətdən onun dərhal azad olunmasını, bu həbsin sifarişçilərinin və icraçılarının müəyyən edilərək cəzalandırılmasını  tələb edir.

Printer »»»