Nə qədər ki, Milli Şuranın ideya rəhbəri Moskvada oturub, mən hər zaman şübhə ilə yanaşacam

06.06.2013

Nə qədər ki, Milli Şuranın  ideya rəhbəri  Moskvada oturub, mən  hər zaman bu qururmun  fəaliyyətinə şübhə ilə yanaşacağam və Rusiyanın  layihəsi olması baədə səslənən fikirləri dəstəkləyəcəyəm.
Bunu  ADP sədri  Sərdar Cəlaloğlu Milli Şuranın Rusiyaya bağlılığı ilə səslənən fikirlərə mövqeyini açıqlayarkən deyib: “Bu, adi bir məslədir ki, Moskvada oturasan və Moskavanın tərəfdarı olan qüvvəyə qarşı çıxasan, onun maraqlarının ziddinə hərəkət edəsən buna heç zaman Moskva yol verməz. Bunu nəinki Moskva  nə Amerika nə digər ölkələr heç biri buna yol verməz. Məsələn vaxtı ilə Stalınlə Atatürk  iki ölkə arasında dostluq  münasibətləri haqqında sənəd imzaladı və sənədin imzalanmasından bir neçə saat sonra Rusiya Məhəmməd Əmin Rəsulzadənin  Türkiyədən çıxmasının tələb etmişdi. Heç uzağa getməyək,  Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə görə Rəsul Quliyevi Türkiyəyə gəlişinə imkan verilmir. Onda sula olunur. Bəs onda indi nə olur?”

S.Cəlaloğlu hesab edir ki, Rusiyada  yaşayan bir nəfər guya Azərbaycanda Qərbyönümlü  demokratik cəmiyyət qurmaq üçün siyasi hakimiyyət uğrunda mübarizə aparır: “Bu, absurddur. Əgər Moskva doğrudan da Azərbaycanda demokratik cəmiyyətin qurulmasılnda maraqlıdırsa, onda ilk olaraq Rusiyanın özü demokratikləşməlidir. Bu baxımdan Rüstəm İbrahimbəyovun  Moskvada oturması,  Millətlər İttifaqının üzvü olması istər- istəməz belə bir fikir yaradır ki,  Milli Şuranın  arxasında  bu və ya digər formada Moskvanın müəyyən maraqları var.  Bu, bir şübhədir və mənim konkret faktım yoxdur.  Deyə bulmərəm ki, Rüstəm İbrahimbəyov bunu hansı idarənin tapşırığı ilə edir. Amma mənim  bir vətəndaş olaraq natrahatçılığım var.  Ona gərə də təklif etmişəm ki,  seçkilər qurtaranadək Rüstəm İbrahimbəyov Moskvanı tərk etsin. O, Avropada və ya Türkiyədə otursun. Eyni zamanda, Millətlət İttifaqından çıxsın.  Bununla da Milli Şura  ətrafında Rusiya layihəsinin olması ilə bağlı dedi-qodulara  son qoyulsun. Vəssalam... Bu məsələni həll etmək çox asandır. Çünki İbrahimbəyov  özü də deyir ki, mən  ilin çoxunu Avropa ölkələrində yaşayıram.  Biz də canımızı qoyaq onun yolunda....  İstər Azərbaycanda demokratik, istərsə də hakimiyyət  dəyişikliyi istiqamətində apardığı mübarizədə iştirak edək. Amma  nə qədər ki, Milli Şuranın  ideya rəhbəri Moskvada oturub mən hər zaman bu təşkilatın fəaliyyətinə şübhə ilə yanaşacağam”.
Printer »»»