“Hər hansı bir şəxsin üçüncü dəfə namizədliyini irəli sürməsi demokratik prinsiplərə ziddir”

02.05.2013

Qonşu ölkələrin prezident tarixlərinə nəzər salsaq görərik ki, bu günə qədər hər hansı namizəd ardıcıl olaraq 3 dəfə prezident seçilməyib. Yeganə olaraq Rusiya prezidenti Vladimir Putindir ki, o da, öz postunu 5 illik Medvedevə həvalə etmişdi. Lakin qonşu İran, Gürcüstan, Türkiyə və Ermənistanda bu günə qədər hər hansı bir namizəd 2 dəfə ardıcıl olaraq prezident seçildikdən sonra, namizədliyini irəli sürməyib. Buna ya ölkə qanunları imkan verməyib, ya da ki, namizədlərin özləri istəməyiblər. Bəs görəsən Azərbaycan belə bir proses baş tutacaqmı? Sözü gedən qonşuların əhatəsində olan Azərbaycanda eyni şəxsin üçüncü dəfə prezident seçilməsi nələrə səbəb ola bilər?
Sualları ilə bağlı açıqlama verən ADP-nin sədr müavini Taliyat Əliyev diqqət çəkən məqamlara toxundu. Qeyd etdi ki, 2009-cu ildə keçirilən referendum seçkiləri ilə bir nəfərin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı qoyulan yasaq aradan qaldırıldı.
Bununla İlham Əliyevin üçüncü dəfə namizədliyini verməsinə yaşıl işıq yandırıldığını bildirən Taliyat bəy, “ hər hansı bir şəxsin üçüncü dəfə namizədliyini irəli sürməsi demokratik prinsiplərə ziddir. Kiminsə üçüncü dəfə prezident seçilməsi ilə bağlı qonşu Ermənistan və Rusiya kimi avtoritar ölkələrdən nümunə götürülməməlidir”, - deyə bildirdi: “Azərbaycan əgər Qərbə inteqrasiya xəttini götürübsə, yaxşı olardı ki, bu məsələdə də onlardan nümunə götürsünlər. Ümumiyyətlə özünə hörmət edən ölkə başçısı üçüncü dəfə namizədliyini irəli sürməz. Əgər biz dövləti və cəmiyyətimizi dəyişmək istəyiriksə ilk öncə ölkə başçısını dəyişməliyik.”
Taliyat bəy onu da qeyd etdi ki, 2009-cu ildə keçirilən referendum seçkiləri total saxtakarlıqla baş tutdu: “Referendum seçki cəmiyyətdən gələn sifariş əsasında deyil, hakimiyyətə nəzarəti və sifarişi altında keçirildi. Buna baxmayaraq İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi qanun, konstitusiya və siyasi baxımdan səhvdir."


Printer »»»