“Koroğlu çətinə düşəndə arvad paltarı geyinib qaçır”

03.05.2013


“Babək fenomeni Azərbaycanı İslam dünyasından qoparmaq üçün yaradılıb. Bu gün azərbaycanlılar Babəki xalq qəhrəmanı hesab edirlər. Amma o, Xürrəmilərin lideri olub”.
Sərdar Cəlaloğlu vurğulayıb ki, Xürrəmilər təkcə azərbaycanlılardan ibarət olmayıb: “Azərbaycana sovet dönəmində təqdim edilən kodlara baxsaq görərik ki, azərbaycanlıları qorxaq, öz hüquqlarından imtina edən, onların bir araya gəlməsinə imkan verməyən, daha çox kökü olmayan xalq kimi tərbiyə etmək üçün bu kodlardan istifadə olunur. Xürrəmilər hərəkatında həm əfqanlar, həm farslar, həm də bir qədər azərbaycanlılar olub. Xürrəmilər İslama qarşı olan hərəkat idi. İslamla ciddi konfliktdə olan dəyərləri var idi”.
S.Cəlaloğlu təklif edib ki, Babəkin əvəzinə Qaraca Çoban xalq qəhrəmanı kimi təqdim olunmalıdır: “Qaraca Çobanın təbliğini gənc nəslin tərbiyəsində daha düzgün hesab edirəm”.
Partiya sədri Koroğlunu da xalq qəhrəmanı hesab etməyin əleyhinə olduğunu deyib: “Əslinə baxsaq Koroğlu bizi türk üsul-idarəsindən iyrəndirmək üçün yaradılan qəhrəmandır. Burada Koroğlu dramatik deyil, komik qəhrəmandır. Koroğlu dastanında onun bir dənə də olsa qəhrəmanlığı yoxdur. Bütün dəlilərinə ilk görüşdə məğlub olur. Ancaq yalvaranda bilirlər ki, Koroğludur, daha sonra onu buraxırlar. Çətinə düşəndə arvad paltarı geyinib qaçır, qırata yalvarır, ya da ki, aşıq kimi özünü vəziyyətdən çıxarır. Ümumiyyətlə, dasatana baxanda görürük ki, orada Koroğlunun mərd-qəhrəman kimi heç bir davranışı yoxdur”.
Printer »»»