Qarabağ Bloku da bu gün Xocalı soyqırımı abidəsini ziyarət edib.

26.02.2013

Ziyarətdə ADP sədri Sərdar Cəlaloğlu və İdarə heyətinin üzvləri Həsrət Rüstəmov, Taliyət Əliyev, Nurəddin İsmayılov, Vaqif Şirinov, Rəşid Mənsurov,  Nazilə Soltan və Daşqın Nuriyev da iştirak ediblər. Qarabağ Bloku adından Xocalı abidəsinin önünə əklil qoyulub. Ziyarət zamanı daha çox gənclər fəallıq göstəriblər. Gənclər “Hamımız Xocalıyıq” başlıqlı pankart da açıblar. Həmçinin yürüş zamanı “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağa azadlıq”, “Xocalıya ədalət” kimi şüarlar da səsləndirilib.









Printer »»»