Məmurlara 100 min manatlıq maşın alınması israfçılıqdır

25.02.2013

ADP-İdarə Heyəti üzvləri ilk növbədə Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirib və bu seçkilərin ədalətli, azad və bərabərlik  prinsiplərə uyğun gəlmədiyini, total saxtakaerlıqla müşahidə olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, adı çəkilən ölkədə seçkilərin anti-demokratik şəraitdə keçirilməsi  Qarabağ probleminin ədalətli həlinə, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına olan ümidləri heçə endirməklə Sarkisiyan rejiminin bundan sonra da regionda aqressiv siyasətinin davam etditilməsinə və Qarabağ məsələsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə zəmin yaradır.

Lakin S.Sarksiyanın bu seçkilərdə özünə yüz faizli qələbə yazdırmaması və sekidən sonra ölkənin müxalif qüvvələrinə etiraz aksiyaları keçirilməsi üçün maneçilik törədilməməsi faktlarına diqqətt çəkən İdarə Heyəti üzvləri seçkidən sonrakı dövrün qansız-qadası ötüşəcəyi qənaətində olduğunu bildirib və Azərbaycan hakimiyyətini bu örnəkdən nümunə götürməyə çağırıb.
İdarə Heyəti üzvləri Ermənistanda keçirilən seçkilərdən sonra Türkiyə prezidenti A.Gülün adı çəkilən ölkəninin prezidentini təbrik etməsi faktından sonra Azərbaycanda qardaş ölkənin dövlət başçısına qarşı başladılan kompaniyaçılığı qətiyyətlə pisləyib və onun bu təbrikinin heçdə ermənilərə olan simpatiyadan deyil, dış siyasətlə bağlı incə mətləblərdən doğduğunu, bölgədəki güclərlə rəqabətdə öz çəkisinin qorunmasına xidmət etdiyini bildirib.
İdarə Heyəti üzvləri 26 fevral Xocalı soyqırımı şəhidlərini sükutla yad edib və beynəlxalq təşkilatları iyirminci əsrin ən dəhşətli hadisəsi olan bu faciyəni soyqırım kimi tanımağa, bu soyqırımı törədən erməni cəlladlarını tarixin mühakiməsinə verməyə çağırıb. Partiya rəsmiləri Xocalı ilə bağlı keçirilən tədbirlərin bu faciənin masştabına uyğun gəlmədiyini, daha çox protokol xarakter dşıdını diqqətə çatdırıb, hakimiyyəti Şəhidlər Xiyabanında 31 mart erməni qırğınlarını və Xocalı soyqırımını özündə əks etdirən memorial tikməyə,  memorialı  anılması üçün dövlət protokoluna salmağa çağırıb.
İdarə Heyəti üzvləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri R.Moniqstarın bögələrə səfərini, səfər zamanı onun ölkəmizdə  islahatlara,  demokratik dəyişilmələrə xüsusi ehtiyac olması faktını dilə gətirməsini təqdir edib və ölkədə fəaliyət göstərən digər səfirrləri də bu istiqamətdə addımlar atmağa, Azərbaycanda demokratik gəlişməklərə öz töhfələrini verməyə çağırıb.
İdarə heyəti üzvləri İsmayıllı hadisəklərinə etiraz olaraq aksiya keşitrən vətəndaşlara yüksək cərimələr tətbiq edilməsi, bu cərimələrin alınması üçün zorakı üsullara əl atılması, mitinqdə iştirak edənlərin valideyinlərinin evində olan əşyalara müsadirələr qoyulması faktlarını qətiyyətlə pisləyib, Avropa məhkəmələrinin Azərbaycanda insan haqları ilə bağlı çıxardığı onlarla qərarının icrasız qaldığı bir vaxtda, haqlı tələblərlə etiraz aksiyasına çıxan vətəndaşlara yüksək cərimələrlə müşahidə olunan məhkəmə hökmləri çıxarılmasının ədalət prinsipinə uyğun olmadığını, ölkədə vətəndaş qarşıdurmasına xidmət etdiyini bildirib və hakimiyyəti vətəndşların konstitusion hüquqlarına sayqı ilə yanaşmağa çağırıb.
İdarə Heyəti üzvləri dövlət məmurlarına dəyəri yüz min manatla ölçülən bahalı maşınlar alınması ilə bağlı gündəmə gələn məsələlərə münasibət bildirib və bunun israfçılıqla dövlət büdcəsinin dağıdılması kimi dəyətrləndirib. Azərbaycandan fərqli olaraq digər ölkələrdə qlobal maliyə bohranları zamanı məmurların maaşının azaldılması, onların personasına aid olan texniki xərclərin azaldılması üsullarına əl atıldığı  halda, ölkəmizdə məmurların saxlanılmasına aid xərclərin getdikcə artırılmasının yolverilməz olduğunu diqqətə çatdıran partiya rəsmiləri  hakimiyyəti israfçılığa son qoymağa, dövlət büdcəsini dağıtmamağa və əsas səyi ölkə vətəndaşlarını rifah halının yaxşılaşdıtrılmasına yönətməyə çağırıb.
Eyni zamanda partiya yetkililəri yüksək çinli dövlət məmurlarının bu maşnların alındığı şirkətklərdə payçı kimi adlarının hallandırılmasını nəzərə alaraq hüquq-mühafizə orqanlarını bu faktları araşdırmağa, qanunun təblərinə uyğun tədbirlər görməyə çağırıb.




Printer »»»