ADP Gənclər Təşkilatının üzvü Rəsul Mürsəlovun həbsi ilə əlaqədar RATI da mətbuat konfransı

27.02.2013

Fevralın 27-də RATİ-nin Media Mərkəzində Rəsul Mürsəlovun hüquqlarını ictimai müdafiə komitəsinin mətbuat konfransı olub. Mətbuat konfransında siyasi partiyaların təmsilçiləri, hüquq müdafiəçiləri iştirak edib. Müxalifətin təşkil etdiyi etiraz aksiyalarında fəallıq göstərən Rəsul Mürsəlov 2012-ci il iyulun 18-də Balakən rayonunda saxlanılıb. O, Türkiyəli dostu Əlirza Qutlu ilə Bakıdan Zaqatala rayonundakı evlərinə gedib, sonra isə Balakən rayonunun Gürcüstanla sərhəd kəndində yaşayan babasına baş çəkib. “Rəsul Mürsəlov kənddə olarkən türkiyəli dostu ilə birgə Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulub.
Cinayət Məcəlləsinin 318.2 (sərhəddi pozma, qrup şəklində sərhəddi pozub keçmə) maddəsi ilə təqsirləndirilən hər iki dost Balakən rayon məhkəməsinin hökmü ilə oktyabrın 19-da 1 il 6 ay azadlıdan məhrum edilib”
ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev bildirib “Azərbaycanla Gürcüstan arasında hər hansı sərhəd qurğusu qurulmayıb. Hətta yerli əhali belə sərhəddin haradan keçdiyini dəqiq bilmir. Məhkəmənin baxışı ilə yanaşsaq kimsə bilmədiyi sərhəd xəttini keçsə həbs edilməlidir”, -hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib. Mətbuat konfransında Mirzağa Əliyev küçəsində evlərinin sökülməsinə etiraz edəndən sonra narkotik ittihamı ilə həbs edilmiş İlqar Rzayevin hüquqlarını ictimai müdafiə komitəsinin üzvləri hər iki fəalı “Eurovision məhbusu” adlandırıb. “Hər iki fəal Eurovision mahnı müsabiqəsinə görə həbs edilib. Rəsul Mürsəlov mahnı müsabiqəsi ərəfəsində “Demokratiya naminə oxu” kampaniyasının fəal iştirakçısı olub, İlqar Rzayev isə Eurovizion ərəfəsində evlərin sökülməsinə etiraz edib”, -deyə İlqar Rzayevin anası Şirinbacı Rzayeva bildirib. Şirinbacı Rzayeva vaxtı ilə hazırki rejimi müdafiə etdiyini deyib. “Amma, bu rejim mənim 50 ilə qurduğum evimi, ailəmin sevincini əlindən alıb. Artıq ailəm bu rejimə, hüquq mühafizə orqanlarına, məhkəmələrə inanmır. Ümidimiz yalnız allaha qalıb”,- ana qeyd edib. Hüquq müdafiəçiləri, siyasi partiya təmsilçiləri və gənclər təşkilatları bundan sonra Rəsul Mürsəlov və İlqar Rzayevin hüquqlarını birgə müdafiə etmək barədə razılığa gəlib. Komitə hər iki şəxsin müdafiəsinə dəstək məqsədi ilə ictimaiyyətə, hüquq müdafiə təşkilatlarına və diplomatik nümayəndəliklərə müraciətlər ünvanlayacaq. ADP-nin təmsilçisi Daşqın Nuriyev söz alaraq ADP gənclərinin bu gündə Azər Sadıxov, Osman Əhmədov, Hafis Fərhadov, Turan Əliyevin hüquq mühafizə orqanları DİN, MTN, Respublika Prokurorluğuna çağrılaraq qorxudulurlar. Buna görə də, hüquqi marifləndirməni önə çəkdi. ADP informasiya bülleteninində dəfələrlə Rəsul Mursəlovun haqqında məlumat verilməsinə baxmayaraq Yeni Musavat, Azadlıq qəzetlərində ADP-nin heç bir informasiyası dərc olunmur. Sonda gəncləri Rəsul Mürsəlovu müdafiə olunması üçün gəncləri sıx birliyə çağırdı.









































Printer »»»