Sərdar Cəlal oğlu Məmmədov

Həyatı

Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olub.
1960-1970-ci illərdə orta təsilini Ordubad və Bakı şəhərlərində alıb;
1970-1977-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. İxtisasca məhkəmə-tibb ekspertidir;
1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub;
26 yanvar 1991-ci ildə təsis edilmiş Azərbaycan Demokrat Partiyasının təşəbbüs qurupunun rəhbəri və təsisçilərindən biri;
1991-1994-cü illərdə Azərbaycan Demokrat Partiyası təşkilat komütəsinin sədri;
1994-1996-cı illərdə Azərbaycan Demokrat Partiyasının ilk sədri;
1996-2005-ci illərdə Azərbaycan Demokrat Partiyasının baş katibi olub;
2005-2007-ci illərdə Azərbaycan Demokrat Partiyası sədrinin I müavini olub;
2007-ci ildə Azərbaycan Demokrat Partiyası 9-cu qurultayındada yekdilliklə sədr seçilmişdir;
2008 və 2013-cü ildə Azərbaycan Demokrat Partiyası tərəfindən 2008-ci il və 2013-cü il Azərbaycan Prezident seçkilərinə namizədliyi irəli sürülmüş lakin qalib gələ bilməmişdir;
2013-cü ildə Azərbaycan Demokrat Partiyasının sədrliyindən istefa vermişdir.[1] Lakin ADP İdarə Heyəti tərəfindən istefası qəbul olunmamışdır.
Haray və Hürriyyət qəzetinin və "Oyanış" dərgisinin təsisçisi olub;
Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin müəllifidir;
Siyasi fəaliyyətinə görə, 3 dəfə qısa müddətli həbs olunub. Sonuncu dəfə 2003-cü il prezident seçkilərindən sonra 4 il 6 ay müddətinə həbs edilib və Avropa Şurası tərəfindənsiyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb. Öz iddiasına görə 1999-cu ildə hakimiyyət qüvvələrinin sifarişi ilə həyatına qəsd olunub, nəticədə ağır kəllə-beyin travması alıb;
Bir neçə kitabın müəllifidir, "İlahi siyasət-Tərəqqinin fəlsəfəsi" adlı 3 ciliddən ibarət yeni elmi-fəlsəfi əsəri çapa hazırlanmışdır;
Evlidir. Üç oğlu bir qızı var.

Həbsi

Sərdar Cəlaloğlu 2003-cü ilin prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alıb, 2005-ci ildə əfv olunub. Sərdar Cəlaloğlu həbs olunduğu zaman işgəncəyə məruz qalması iddiası ilə Avropa Məhkəməsinə müraciət edib. Məhkəmədə işgəncə hallarının araşdırılmadığı qənaətinə gələn Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci il yanvarın 11-də 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar verib

Əsərləri

  • Mahiyyət (fəlsəfi traktat)
  • Azadliğa məhkumuq siyasi-publistik məqalələr toplusu)
  • İnsanlar və adamlar (fəlsəfi kəlamlar)
  • Türkəçarə (tibbi-etnoqrafik əsər)
  • İlahi siyasət-Tərəqqinin fəlsəfəsi (elmi-fəlsəfi triologiya)
  • Totalitarizmin metamarfozası (elmi-siyasi əsər)
  • Kondisialogiya – Universal və enisklopedik elm
Printer »»»