(ADP) İdeologiyası

                     
PROQRAM

  AZƏRBAYCAN DEMOKRAT PARTIYASININ (ADP) ümum bəşəri dəyərlər, millətin müqəddəratını azad təyin etmək hüququnu, Azərbaycan dövlətçiliyinin tarixi təcrübəsini, vətəndaş hüquq və azadlıqlarını əsas götürərək Azərbaycan ərazisində müstəqil demokratik dövlət yaratmaq, onun milli tərəqqisi və mədəni dünya ailəsinə qovuşması məqsədilə bu vəzifələri fəaliyyət proqramı kimi müəyyən edib.

İDEOLOJİ  BAXIŞLAR

  ADP-nin ideologiyasının əsasında; ictimai-siyasi dəyişikliklər forması və istiqaməti kimi Demokratiik sistem; insan tərbiyəsinin terki hissəsi kimi milli, dini, ümumbəşəri dəyərlər və adət ənənələr; vətəndaş hüquq və azadlıqlarının təminatçısı, milli yüksəlişin rehni kimi müstəqil dövlətcilik durur.
  ADP-yə görə şüur cəmiyyətin həyatında aparıcı və müəyyən edicidir. İnsanın cəmiyyətdəki mövqeyi onun intellekti, cəmiyyət həyatının inkişafındakı əməyi ilə müəyyən olunur. Maddi nemətlərin istehsalında fiziki əməyin həcminin sürətlə azalmasını, zehni əməyin payının artmasının həlledici rol oynadığını qəbul edir.
  İnsan cəmiyyətin ilkin quruluş vahidi olub tarixi, mədəni, mənəvi təcrubənin və genetik informasiyanın bioloji-sosial daşıyıcısıdır. Daşıdığı ictimai bioloji yük onun cəmiyyətdəki yerini və rolunu müəyyən edir.
  Ailə cəmiyyətin ilkin, könüllülük əsasında təşkil olunmuş özəyidir. Cəmiyyətin dayaniqlığı şəxsiyyətin ictimai yükündən, ailənin möhkəmliyindən asılıdır.
  ADP    irgi, milli, dini, sinfi ayrıseçkiliyi, şovinizmi, hegemonçuluğu və zorakılığı  bəşər inkişafı üçün manea və təhlükə hesab edir.
  ADP belə hesab edir ki, millətin öz təbii hüquqları uğrunda mübarizəsi olan milli azadlıq hərəkatı MAH ictimai inkişaf prosesində özünüdərk, özünəqayıdış və milli yüksəldişin təzahürü olub cəmiyyətin təkamülünə aparan yoldur. Müxtəlif ideoloji konsepsiyalar altında fəaliyyət göstərən imperiyaçılıq böyük dövlətçilik və müstəmləkəçilik cərəyanları MAH və milli dövlətçilik üçün başlıcı maneədir. Her hansı birliyə daxil olub olmamaq məsələsi dövlət marağı baxımından həll edilir.

İDEOLOJİ  PRİNSİPLƏR

  ADP öz proqramını reallaşdırmaq üçün aşağıdakı prinsiplər əsas tutur; -Cəmiyyətin və şəxsiyyətin mütərəqqi inkişafının, ictimai əmin-amanlığın başlıcı və zəruri şərti kimi ədalət; -Siyasi mübarizə forması kimi qeyri-zorakılıq-Dövlət, millət və demokratiya məhfumlarını mükəmməl tərzdə ahəngləşdirən, dilindən, dinindən və  etnik mənsubiyyətindən asılı olmayaraq insanların tarixi və hüquqi siyasi birlik forması olan millətin inkişafında və vahid dövlət quruculuğunda vətəndaşların bərabərhüquqlu iştirakını və qanun qarşısında bərabərliyini əsas tutan dövlət idarə forması kimi respublikaçılıq; -İctimai siyasi proseslərin inkişafı yolu kimi eksperimentləri, özbaşınalığı rədd edən, xalqın tarixi irsinə, onun varisliyinə və müasirləşməyə istinad edən konstruktivlik və təkamülçülük; -Vətəndaş cəmiyyəti quruculuğunun əsasında insanın təşəbbüskarlıgı, dözümlülüyü, şəxsiyyətin pozitiv imkanlarını reallaşdıran, artıran prinsip kimi özünüidarə və özünütəşkil;  -Cəmiyyətlə fərd, müxtəlif sosial qruplar arasında mənafelərin uyğunlaşması, onların harmonik inkişafı, əmək, kapital və intellekt nisbətində ahəngdarlığa zəmin yaradan cəmiyyətin bütöv üzvi sistem kimi yaşamasında qarşılıqlı fayda verən əməkdaşlığın zəruri prinsipi kimi sinergizm;
Printer »»»