03.08.2015
Printer »»»
Məlumat üçün bildirək ki, bu ilin əvvəllərindən başlayaraq ölkədə artan siyasi fəallığın avanqardı olan müxalif gənclərə qarşı hakimiyyət orqanları tərəfindən aramsız təqib və təzyiq kampaniyası aparılır.
Bu təqiblərin nəticəsi olaraq təkcə bu il ərzində yüzə yaxın müxalif düşüncəli insanlar həbsə atılıb ki, bunların da əksəriyyətini gənclər təşkil edir. Görünür, ölkədə gənclərin siyasi fəallığının artması hakimiyyət orqanlarını ciddi narahat edir. Hakimiyyət orqanları hətta təqiblər üzündən ölkəni tərk etmiş müxalifətçilərin, o cümlədən ADP-çilərin ailə üzvlərini də rahat buraxmır. Belə ki, Günayın ailə üzvlərinin “ADP-Muxalifet” ə verilən məlumata görə, Günay ADP-nin aktiv gənc üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Günay Qasımova yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar.
Günay harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Günayın yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Günayın ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər evdə qanunsuz axtarış aparmağa cəhd etmiş, buna etiraz edən Günayın ailə üzvləri təhdid edilmiş, təhqirlərə məruz qalmışdır. Həmin şəxslər Günayın tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. Bu hadisədən Günayın valideynləri psixoloji sarsıntı keçirib.
Xatırladaq ki, Günay Qasımova ADP-nin aktiv üzvü olmaqla yanaşı, bütün müxalif düşərgədə cox məhşur simalardandır. Elə bu səbəbdəndə Günay siyasi baxışlarına görə təhtid olunur.