Qarabağ Bloku qarşılıqlı etimad mühiti yaratmağı vaacib hesab edir

04.03.2015

Bu gün ADP Mərkəzi qərargahında Qarabağ blokunun növbəti toplantısı keçirilib. 

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Tolantı iştirakçıları İlk öncə manatın məzənnəsinin aşağı düşməsi ilə bağlı vətəndaşların ağır iqtisadi duruma düşməsi, kiçik və orta biznes sahiblərinin iflasa uğraması və bahalaşmanın ölkə vətəndaşları arasında yaratdığı narazılıqları nəzərə alaraq məsələyə bir daha münasibət bildirib və baş verənləri ölkədə aparılan yanlış iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirib.
Blok üzvləri kütləvi işsizliyin, iqtisadi çətinliklərin, sosial gərginliklərin yaşandığı bir zamanda manatın məzənnəsinin kəskin aşağı salınması faktından ölkə iqtisadiyyatına, əhalinin həyat tərzinə vurula biləcək zərbələrin qarşısını almaq üçün növbəti mərhələdə, əmək haqqının minimum bazasının artırılması, aztəminatlı ailələrin, təqaüdçülərin vəziyyətinin yaxşılaşdırılması, orta və kiçik bizneslə məşğul olan şəxslərə dotasiyaların verilməsi, bazar iqtisadiyyatının əleyhinə yönələn monopolizmin, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, yaranmış kritik vəziyyətdən çıxması üçün dövlətin yeni iqtisadi doktrina hazırlaması ilə bağlı hakimiyyətə çağrışlar edib və hazırkı şəraitdən sui-istifadə etməyə cəhd edən iqtisadi cinayətkarlığa qarşı mübarizəni gücləndirməyə səsləyib.


Blok üzvləri ölkəmizdə siyasi məhbus məsələsinin hələ də həllini tapmamasından, əksinə beynəlxalq iradlara məhəl qoymadan siyasi məhbus siyahısına yeni şəxslərin əlavə edilməsindən, qeyri hökumət təşkilatları rəhbərlərinə, gənc siyasi aktivlərə, bütövlükdə vətəndaş cəmiyyəti institutlarına qarşı repressiya və həbsləriun davam etməsindən bir daha narahat olduğunu bildirib və hakimiyyəti qarşıdan gələn Novruz bayramı münasibəti ilə müxtəli adlar altında həbs edilən siyasi məhbusları azad etməyə, ölkədə qarşılıqlı etimad mühitini yaratmağa yönəlik addım atmağa çağırıb.

Blok üzvləri Rusiya demokratik qüvvələrinin öncüllərindən olan B.Nemsovun qətlə yetirlməsini qətiyyətlə pisləyib, bu qətlin adi cinayət hadisəsi deyil, siyasi terror olduğunu, qətlin arxasında imperiya iddialarını gerçəkləşdirmək istəyən rusiya rəsmi dairələrinin durduğunu bildirib və bu qətlin nəinki rus demokratiyasına, eləcə də postsovet məkanına daxil olan ölkələrdə demokratik dəyişikliklərə vurulan ciddi zərbə kimi dəyərləndirib və bu qətlin obyektiv, şəffaf araşdırılması üçün beynəlxalq komissiya yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Blok üzvləri AŞPA Monitorinq komitəsinin həmməruzəçilərinin ölkəmizə səfərinin nəticələrinə münasibət bildirib və bu cür səfərlərin bir qayda olaraq sırf formal xarakter daşıdığını, ölkədəki vəziyyətin obyektiv araşdılması ilə bağlı öz üzərinə götürdükləri missiyanı yerinə yetirməkdən uzaq olduğunu diqqətə çatdırıb və nümayəndə heyətinin ölkənin müxalif kəsimi ilə görüşməməsindən, yalnız hakimiyyət nümayəndələri və bəzi qeyri hökumət təşkilatları ilə təmasla kifayətlənməsindən təəssüfləndiyini qeyd edib.

Printer »»»