ADP İdarə Heyəti növbəti toplantısını keçirib

17.11.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı kleçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər ətrafında müzakirələr aparılıb.
Toplantı iştirakçıları ilk növbədə hava sərhədlərimizi pozan və xəbərdarlıq edilməsinə baxmayaraq hava məkanımızda təxribatlarını davam etdirən Ermənistana məxzsus vertolyotun hərbiçilərimiz tərəfindən məhv edilməsini təqdir edib və bu addımın beynəlxalq hava hüququnun qorunması ilə bağlı əsas müddəasından irəli gəldiyini diqqətə çatdırıb.
Eyni zamanda baş verən hərbi insidentdən sonra Ermənistanın hər cür təxribata, hərbi hücuma əl atmasını göz önünə gətirərək hakimiyyəti bu təxribatlara hazır olmağa, baş verən hadisənin təfərrüatlarının beynəlxalq təşkialatlara çatdırılması üçün səylərini artırmağa və diplomatk yollarla bu məsələdə Azərbaycanın haqlı mövqeyini isbatlamağa çağırıb.

İdarə Heyəti yağmurlu hava şəraitinin yollarda, tikililərdə, vətəndaşların mülklərində gətirdiyi fəsadlara, dəymiş ziyanlara etiraz səsini qaldıran Binə sakinlərinə polis tərəfindən adekvat olmayan güc tətbiq edilməsi, bir neçə vətəndaş haqqında cinayət işi açılması, onlara qarşı zorakılıq göstərilməsi faktından narahat olduğöunu bildirib və hakimiyyəti haqqında cinayət işi qaldırımış vətəndaşları sərbəst buraxmağa, haqlı hüquqlarını müdafiə edən sakinlərə zorakılıq göstərən polislər barədə inzibati tədbirlər görməyə və ölkədə qış mövsümünə hazırlıq işlərini sürətləndirməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Bakı ətrafı rayonlarda, o cümlədən Xətai rayonunda yaşıllığın kütləvi şəkildə məhv edilərək yerində binalar, ticarət obyektləri tikilməsi faktını qətiyyətlə pisləyib və soyqrım xarakterli bu qeyri-insani hərəkətləri dünyada adam başına düşən yaşıllığa görə axırıncı yerlərdə duran Respublikamız üçün fəlakət kimi dəyərləndirib. Partiya rəsmiləri ölkə başçısını Bakı şəhəri və ətraf rayonlarda yaşıllğın məhv ediməsinə qarşı yönələn bu hərəkətlərin qarşısını almaq üçün ciddi tədbirlər görməyə, müxtəlif tikiniti layihələri adı altında yaşıllıqları soyqrıma məruz qoyan şəxslər barədə layiqli ölçülər götürməyə çağırıb.

İdarə Heyəti 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı məsələyə mümasibət bildirib və bu günün ölkəmizin rus və erməni işğalına qarşı kütləvi aksiyaların başlandığı, sonradan milli azadlıq hərəkatına çevrildiyi gün kimi tariximizdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Milli əsarətə qarşı dirəniş aktı olan kütləvi aksiyaların əhəmiyyətinə diqqət çəkən partiya yetkililəri millətin yalnız bu cür mübarizə üsulları ilə öz haqlarına sahib durmasının, sosial, siyasi, miilli hüquqlarının qorunmasının mümkünlüyünü qeyd edib və xalqımızı hər cür haqsızlığa qarşı mübarizədə kütləvi və nizamlı hərəkət etməyə çağırıb.

Printer »»»