Bu gün ADP Mərkəzi qərargahında Qarabağ blokunun növbəti iclası keçirilib.

08.10.2014

Bu gün ADP Mərkəzi qərargahında Qarabağ blokunun növbəti iclası keçirilib. 
Iclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Blok iştirakçıları ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının pozulması, söz, mətbuat, sərbəst toplaşma sahəsində məhdudiyyətlərin davam etməsi, qeyri hökumət təşkilatlarına və bütövlükdə vətəndaş cəmiyyəti institutlarına qarşı başladılan təzyiq və reressiyaların daha müntəzəm xarakter almasından narahat olduğunu bildirib və beynəlxalq təşkilatların insan hüquqları ilə bağlı hesabatlarını təqdir edib.
Qeyd olunub ki, beynəlxalq insan hüquq müdafiə təşkilatları, istərsə də ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri tərəfindən insane hüquqlarının pozulması ilə bağlı verilən bəyanatlar, hazırlanan hesabatlar respubilkamızda hökm sürən qanun pozuntularını və antidemokratik vəziyyəti düzgün əks etdirir və hakimiyyət bu çağrışlara adekvat reaksiyalar verməli, siyasi plüralizmi təmin etməli, söz, mətbuat, sərbəst toplaşma azadlıqlarına qarşı tətbiq edilən məhdudiyyətləri aradan götürməli, QHT-rə, onların rəhbərlərinə yönəlik təzyiq və repressiyaları durdurmalıdı, insane hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməlidir.

Blok iştirakçıları İŞİD terror təşkilatının fəaliyyət dairəsinin getdikcə genişlənməsindən, bu təşkilatın region, eləcə də dünya üçün ciddi təhlükə yaratmasından, onun qardaş Türkiyə sərhədlərini aşaraq Türkiyənin daxili sabitliyinin pozulması gaktından, İŞİD-ə etiraz adı altında PKKA-nın Türkiyəni təhdid edən pozucu hərəkətlərinin güclənməsindən narahat olduğunu bildirib və hakimiyyəti İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə səylərini birləşdirməyə, hər iki ölkə üçün təhlükə yaradan beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etməyə çağırıb.
Blok iştirakçıları Fransanın Burq-Le-Valaks şəhəri admnistrasiyasının Dağlıq Qarabağın müstəqilliyinin tanınması, Şuşanın adı çəkilən çəhərlə qardaşlaşmış şəhər elan edilməsi ilə bağlı çıxardığı qərarı qətiyyətlə pislkəyib və bu cür hərəkətlərin Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyi ilə bir araya sığmadığını, Azərbaycanın müstəqilloiyi və suverenliyinə qarşı yönəlik hərəkət olduğunu bildirib və hakimiyyəti bu məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfirliyindən izahat tələb etməyə çağırıb.
Blok iştirakçıları son vaxtlar həbsdə saxlanılan qeyri hökumət təşkilatları rəhbərlərinin, siyasilərin, gənc aktivlərin saxlanma şəraitinin pisləşməsindən, onlarla qeyri-insani davranışlarla rəftar eilməsindən, saxlanma şəraitinin ölkə konstitusiyasına və beynəlxalq konvensiyaya uyğun olmamasından narahatlığını ifadə edib və hakimiyyəti siyasi motivlərlə həbs olunmuş insanları azadlığa buraxmağa, həbsdə qaldığı müddətdə onların üzərində ictimai nəzarəti təmin etməyə və onlara qarşı tətbiq edilən qeyri qanuni hərəkətlərə son qoymağa çağırıb.
Blok iştirakçıları Milli Şura tərəfindən 12 oktyabrda keçirilməsi nəzərdə tutulan mitinqə münasibət bildirib və mitinqlərin, nümayiş və piketlərin dinc siyasi mübarizədə əsas vasitə olduğunu diqqətə çatdırıb, bu mitinqlərə blok olaraq dəvət edilməsə də öz üzvlərinin sərbəst olaraq mintiqlərdə iştirakına heç bir məhdudiyyət qoyulmadığını qeyd edib.

Printer »»»