ADP- çi gənci Elçin İsmayılovu polis axtarır.

13.06.2014

Məlumat üçün bildirək ki, bu ilin əvvəllərindən başlayaraq ölkədə artan siyasi fəallığın avanqardı olan müxalif gənclərə qarşı hakimiyyət orqanları tərəfindən aramsız təqib və təzyiq kampaniyası aparılır.
Bu təqiblərin nəticəsi olaraq təkcə bu il ərzində yüzə yaxın müxalif düşüncəli insanlar həbsə atılıb ki, bunların da əksəriyyətini gənclər təşkil edir. Görünür, ölkədə gənclərin siyasi fəallığının artması hakimiyyət orqanlarını ciddi narahat edir. Hakimiyyət orqanları hətta təqiblər üzündən ölkəni tərk etmiş müxalifətçilərin, o cümlədən ADP-çilərin ailə üzvlərini də rahat buraxmır. Belə ki, verilən məlumata görə ADP-nin aktiv gənc üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Elçin İsmayılov yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar.
Elçin harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Elçinin yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Elçinin ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər evdə qanunsuz axtarış aparmağa cəhd etmiş, buna etiraz edən Elçinin ailə üzvləri təhdid edilmiş, təhqirlərə məruz qalmışdır. Həmin şəxslər Elçinin tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. Bu hadisədən Elçinnin valideynləri psixoloji sarsıntı keçirib. 
Xatırladaq ki Elçin İsmayılov - müxalifətin çoxsaylı etiraz aksiyalarının iştirakçısı, təşkilatçısıdır. Şübhəzis,  E.İsmayılov kimi gənclərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.

Printer »»»