Bu gün ADP sədri S.Cəlaloğlunun 60 yaşı tamam olur.

03.06.2014

Bu gün ADP sədri S.Cəlaloğlunun 60 yaşı tamam olur. ADP İdarə Heyəti Sərdar bəyi doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Sərdar bəy

Bu gün Siz gərgin ictimai-siyasi mübarizələrlə, elmi-yaradıcı fəaliyyətlə, fəlsəfi axtarışlarla zənginləşən ömrünüzün, azadlıq və müstəqillik yolunda hər cür məşəqqətlərlə müşahidə olunan mənalı həyatınızın 60 illik kamillik zirvəsinə qədəm qoyursunuz. 


Siz Azərbaycanın siyasi arenasında uzun illər aktiv siyasi fəaliyyət göstərən, elmi, fəlsəfi yaradıcılığını siyasi fəliyyəti ilə uzlaşdırmağı bacaran, ölkə və dünyada gedən siasi proseslərə fərqli, yenilikçi baxışları ilə seçilən tək-tək siyasi fiqurlardan biri olaraq tanınırsınız.


Hadisələrin arxasında gizlənən prosesləri diqqətlə izləmək bacarığı, siyasi ehtirasların qızışması fonunda millətimizi təhlükə altına ala biləcək xarici təhdidləri öncədən görmə qabiliyyəti sizə partiya və qrup maraqlarından daha geniş düşünməyə imkan vermiş və siz öz potensialınızı milli maraqlarımızın qorunması, ölkəmizdə demokratiyanın bərqərar olması istiqamətində sərf etməyə yönəltmiziniz.


Nə dəyərlər barədə fərqli düşünməniz, nə siyasi proseslərə verdiyiniz qiymətin tərəddüdlə qəbul edilməsi, nə də düşərgəsindən asılı olmayaraq milli, demokratik məsələlərdə sapıntılara barışmaz mövqeyinizin sizə gətirdiyi tənələr sizi tutduğunuz yoldan bir an geri döndərdirdi.

Hörmətli Sərdar bəy
ADP İdarə Heyəti bütün əqidə yoldaşlarınız adından Sizi 60 illik yubley münasibəti ilə təbrik edir, sizə çan sağlığı, ailə xoşbəxtliyi və siyasi fəaliyyətinizdə böyük uğurlar arzulayır.








Printer »»»