Vaqif Şirinov mühacirətə deyil, müalicəyə gedibmiş...

19.04.2014

Həsrət rüstəmov: “Onu Ali Məclis sədrliyindən uzaqlaşdırmaq fikrimiz yoxdur” Partiya sədrinin birinci müavini Həsrət Rüstəmov Ali Məclis sədri Vaqif Şirinovun siyasi mühacirətə deyil, müalicəyə getdiyini bildirir:
“ADP Ali Məclisinin sədri istefa verməyib, o müalicə almaq məqsədilə xaricə gedib. Vaqif Şirinov partiyada xüsusi xidmətləri olan, ADP-nin inkişafında mühüm rolu olan şəxslərdən biridir. Onu Ali Məclis sədrliyindən uzaqlaşdırmaq fikrimiz yoxdur. Onun funksiyalarını Ali Məclisin Rəyasət Heyəti və məclis sədrinin müavini həyata keçirir. Vaqif bəyə isə tezliklə səhhətinin qaydaya düşməsini və partiyadakı funksiyasını davam etdirməsini arzu edirik.”

Printer »»»