Azərbaycan hakmiyyətini bu örnəklərdən nəticə çıxarmağa çağırırıq

02.12.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə mövzusu olub.
Toplantı iştirakçıları ilk növbədə Vilnusda keçirilən AB “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanın iştirakı məsələsinə aydınlıq gətirib və Azərbaycanın bu sammitdə viza rejiminin sadələşdirilməsi ilə  bağlı sazişə imza atmasını, Rusia projesi olan Avrasiya İttifaqı və Gömrük birliyinə qoşulmamaq barədə mövqe  sərgiləməsini müsbət hal kimi dəyərləndirib.

“Şərq tərəfdaşlığı” proqramında fəal iştirakın Avroatlantik məkana vəsilə olmasına diqqət çəkən partiya yetkililəri hakmiyyətin müxtəlif bəhanələr gətirərək AB ilə “Şərq tərəfdaşlığı”na qoşulan dövlətlər arasında qanunun aliliyi, demokratiya və insan haqlarının qorunmasına yönəlik iqtisadi, siyasi və mənəvi bağlılıqlar yaradılmasına xidmət edən assositiv üzvülükdən kənarda qalmasını, ticari və iqtisadi əlaqələrin şəffaflığına zəmin hazırlayan Ticarət Sazişinə imza atmamasını, Ticarət sazişi də daxil olmaqla, üzv dövlətlər arsında daha dərin ilişkilərə yol açan digər mühüm sazişlərə qoşulmamasını məqbul hesab etməyib və Avropa evinə inteqrasiya istiqamətində yürüdülən siyasətdə ciddi korrektlərə ehtiyac duyulduğunu qeyd edib.
İdarə Heyəti həmçinin, “Şərq tərəgdaşlığı” proqramı çərçivəsində reallaşan layihələrdə ölkəmizin passiv iştirakını, Avropa Birliyinə qoşulmamaq barədə rəsmilərin səsləndirdiyi fikirlərin  milli baxımdan zərərli olduğunu bildirib və Avropa Birliyinə qoşulmaqdan imtinanı Azərbaycanın Qarabağ məsələsində böyük bir müttəfiq gücündən məhrum olunması kimi dəyərləndirib. Şərq tərəfdaşlığında fəal iştirakla AB-nə tam inteqrasiya olunmanın mümkünlüyünü qeyd edən partiya yetkililəri AB ilə bağlanmağın  Azərbaycanın iqtisadi, siyasi, demokratik inkişafına şərait yaradacağını, ölkənin təhlükəsizliyinin  qarantiya altına alınacağını, Rusiya təsirindən çıxmağa imkan verəcəyini bildirib və hakmiyyəti AB ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində daha ciddi səylər göstərməyə və islahatçı addımlar atmağa səsləyib.
İdarə Heytəti Vilnus sammitində Ukrayna hakimiyyətinin sazişlərə qoşulmadan imtina etməsi barədə verdiyi bəyanatdan sonra adı çəkilən ölkədə anti Avropa mövqe sərgiləyən  Yanuköviç yönətiminə qarşı başlanan xalq etirazını yüksək dəyərləndirib və başlanan bu etiraz dalğasınıı öz masştab və xarakterinə görə demokratik çevriliş və ya Avroinqilab kmi dəyərləndirib. Ukrayna hakmiyyətinin polis gücünə bu etirazları yatırmaq istəyinin yol verilməz olduğunu buldirən toplantı iştirakçıları, eyni zamanda ayrı-ayrı hakmiyyət strukturlarının bu basqılara kəskin etiraz etməsini, bir neçə nazir və böyük dövlət postunu tutan şəxslərin hakmiyyətin xalqa yönəlik zoraklığına etiraz olaraq vəzifələrindən istefa verməsini alqışlayıb və Azərbaycan hakmiyyətini bu örnəklərdən nəticə çıxarmağa çağırıb.
İdarə heyəti vəkil Q.Məmmədov barədə prokurorun üç il həbs tələb etməsini qətiyyətlə pisləyib, bu həbsin və məhkəmənin sırf siyasi motivli, siyasi sifarişlə həyata keçirildiyini diqqətə çatdırıb, hakmiyyəti “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində insan haqları barədə səsləndirdiyi bəyanatlara, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyə və onu dərhal azadlığa buraxmağa çağırıb. 
İdarə heyəti cənub bölgəsində yerləşən hissələrdə İran vətəndaşları tərəfindən sərhədlərin pozulmasına edilən cəhdlərin qarşısının alınması zamanı qarşı tərəfdən atəşlər nəticəsində bir neçə sərhəd əməkdaşının yaralanması və ölüm hadisənin baş verməsindən ciddi narahat olduğunu bildirib və İran tərəfini sərhədlərimizdə dəfələrlə təkrar edilən bu cür insidüntlətrə son qoymağa, iki ölkə arasında uzun əsrlərdən bəri davam edən qarşılrqlı əlaqələrin və dostluq münasibətlərinin pozulmasına yönələn cəhdlərin qarşısını almağa çağırıb.
ADP İdarə Heyətində ölkə müxalifətinin əməkdaşlığına dair müzakirə aparılıb və 2015-ci il Milli Məclisə keçiriləcək seçkilərə indidən hazırlaşmağın vacibliyi qeyd edilib. Partiyanın İH-ti bu seçkilərdə iştirak etmək niyyətində olan bütün müxalif siyasi partiyalarla hər hansı əməkdaşlığa hazır olduğunu da bəyan edib.  

Printer »»»