ADP toplantı keçirdi

25.11.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı olub. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkə prezidentinin bir qrup KİV əməkdaşı və redaktorları ilə görüşünə diqqət çəkib və görüşdə prezidentin müstəqil mətbuatın qarşılaşdığı problemlərin aradan qaldırılmasına yönəlik fikrlərinə münasibət bildirlib. Qeyd olunub ki, son vaxtlar azad mətbuata qarşı hakmiyyət tərəfindən edilən təzyiqlər, ayrı-ayrı redaktor və jurnalistlərin siyasi motivlər üzrə həbs edilməsi, müstəqil mətbuatın, yayım, satış, reklam imkanlarının məqsədyönlü şəkildə məhdudlaşdırılması mütəmadi xarakter almış və ölkəmizin adı beynəlxalq hesabatlarda insan haqları, azad söz və fikir Azadlığının pozulduğu ölkələr sırasında hallanmışdır.
Keçirilən görüşün göstərilən neqativlərin aradan qaldırılmasında bir vəsilə olmasına ümidvar olduğunu bildirən partiya yetkililəri ölkə prezidentini müstəqil mətbuatın inkişafına stimul verən islahatlar həyata keçirməyə, azad mətbuata ayrı-ayrı məmurlar tərəfindən göstərilən təzyiqlərin, süni baryerlərin aradan qaldırılması istiqamətində addımlar atmağa, günahsız və siyasi motivlər üzrə həbs edilən jurnalistlərin həbsdən azad olunmasını təmin etməyə çağırıb.

İdarə Heyəti dövlət başçısı İ.Əliyevin gec də olsa demokratik cumhuriyyətin ilk qurucusu və öndəri M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalamsını müsbət dəyərləndirib və sərəncamın icrasına məsul olan təşkilat və elm ocaqlarını M.Ə.Rəsulzadənin millətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərinin xalqımıza çatdırılması,  tariximizin ən şanlı səhifəsi olan cümhuriyyət tariximizin işıqlandırılması yönündə gərəkən addımlar atmağa çağırıb.
İdarə Heyəti eyni həmçinin dövlətçilik tariximizin  dünyaya demokratiya örnəyi verən digər görkəmli şxslərin- Səttar xan, Şeyx M. Xiyabani, S.C.Pişəvəri kimi dövlət və ictimai xadimlərin,  yadellilli çar Rusiyasının işğalçılıq siyasətinə qarşı bütün ailəsi ilə birlikdə mücadilə aparıb şəhid olan Cavad xanın da yubleylərinin dövlət səviyyəsində qeyd edilməsi, onların heykəllərinin ucaldılması, adlarının əbədiləşdirlməsi istiqamətində rəsmi qərarlar qəbul edilməsinin vaxtı çatdığını bildirib və dövlət başçısını həmin şəxslərlə də bağlı anoloji addımlar atmağa çağırıb.
İdarə heyəti Avropa Birliyi ilə İran arasında nüvə anlaşmasını təqdir edib və bu anlaşmanın istər dünyada nüvə silahının yayılmaması barədə beynəlxalq aktlara riayət olunması baxımından, istərsə də region ölkələrinin dinc və təhlükəsiz yaşamasının qarantiyası baxımından əhəmiyyətini qeyd edib və İranın yeni prezidentini başlatdığı bu islahatlara güney Azərbaycan probleminin də daxil edilməsi üçün addımlar atmağa çağırıb, cənublu soydaşlarımızın insan haqları ilə bağlı çağrışlarına qoşulacağına imidvar olduğunu ifadə edib.
İdarə Heyəti Ukrayna hökumətinin V.Putinin yeni imperiyaçılıq iddialarının gerçəkləşməsinə xidmət edən Avrasiya İttifaqına qoşulması ilə bağlı çıxardığı qərardan sonra adı çəkilən ölkəldə xalq kütlələrinin etiraz aksiyalarına başlamasını alqışlayıb və Avropa Birliyini, mütərəqqi dünya ictimaiyyətini narıncı inqilabın ikinci dalğası kimi dəyərləndirilən bu müqavimət hərəkatını müdaifiə etməyə, Rusiyanın keçmiş MDB məkanında  atmaq istədiyi antidemokratik addımların, aqressiyanın qarşısını almaq üçün bütün səylərini birləşdirməyə çağırıb.
İdarə heyəti Türkiyə baş naziri T.Ərdoğanın Rusiya səfərinin nəticələrinə münasibət bildirib. Bu səfərin iki dövlət arasında əməkdaşlıq və qarşılıqlı etimada şərait yaradan, regionda sülhün və təhlükəsizliyin qarantiya alınmasına xidmət edən bir səfər olduğunu diqqətə çatdıran partiya rəsmiləri həmçinin bu görüşdə T.Ərdoğanın adı çəkilən ölkə ilə apardığı danışıqların nəticəsinin Qarabağ məsələsində Rusiyanın ədalətli mövqe tutmasına müsbət təsiri olacağını ifadə edib.

Printer »»»