Sərdar Cəlaloğlu ATƏT rəsmiləri ilə görüşdü

10.09.2013

Azərbaycan Demokrat Partiyası respublikada keçirilən prezident seçkiləri ilə bağlı imza toplama kompaniyasını uğurla başa vurub. Toplanan imzalar partiya qərargahında ekspertizadan keçirilərək namizədin qeydə alınması üçün tələb olunan digər sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Bundan əlavə ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərləri ilə ADP qərargahında partiya sədri S.Cəlaloğlu arasında görüş keçirilib. Görüşdə seçkiqabağı şərait və imzatoplama kampaniyasının gedişi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Printer »»»