Seçkinin növbəti mərhələsinə başladi

14.09.2013

Bu gün ADP mərkəzi qərargahında Həsrət Rüstəmovun sədrliyi ilə Azərbaycan Demokrat Patiyası Mərkəzi Seçki Qərargahının toplantısı keçirilib. Toplantıda ilk növbədə partiyanın namizədinin dəstəklənməsi üçün imza vermiş bütün vətəndaşlara və imza kompaniyasının iştirakçılarına fədakar əməklərinə görə dərin minnətdarlıq bildirilib. Daha sonar qarşıdan gələn prezident seçkilərində seçki kompaniyasının mövzusu, şüarları, rəqiblərin dəyərləndirilməsi, kompaniyanın strategiya və taktikasına dair əsas hədəflər müyyən olunub və təbliğat-təşviqat kompaniyasına hazırlıq məsələləri ətrafında geniş fakir mübadiləsi aparılıb. Mərkəzi Seçki Qərargahı üzvlər arasında iş bölgüsü aparıb və respublika ərazisində seçki kompaniyasının operativliyinin təmin edilməsi üçün hər bir region üzrə kordinatorlar müəyyənləşdirib.


Printer »»»