ADP-nin imzatoplama kampaniyasına polis müdaxiləsi

03.09.2013

Zaqatala rayonu ərazisində ADP-nin imzatoplama kampaniyasına polis əməkdaşları kobud müdaxilə edir. Belə ki, bu gün Zaqatala rayonunun Yeni Şuvagil kəndində sahə müvəkkili polis mayoru Siyasət Səlimovun rəhbərliyi ilə imza toplayan ADP Zaqatala RT-nın sədri Mübariz İsmayılov və partiya üzvləri təqib olunub, onların vətəndaşlardan imza toplamasına imkan verilməyib. İmzatoplama kampaniyasına müdaxilədə kənd bələdiyyə üzvü İlham Məmmədov da polislərə dəstək rolunda çıxış edib. Polis mayoru səbəbini isə belə izah edib ki, kənddə insanları narahat etmək olmaz. ADP-nin səlahiyyətli nümayəndəsi Taliyət Əliyev faktla bağlı MSK-ya məlumat verib.  

Printer »»»