Yalnız Milli Şuranın yox, AXCP, Müsavat və digər partiyaların qərarını gözləyirik

 21.06.2013

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov partiyanın prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, qərarlarını açıqlamaq üçün Milli Şuranın konkret qərar verməsini gözləyirlər: “İdarə heyətinin sonuncu iclasında belə qərara gəldik ki, müxalifət daxilindəki vəziyyət tam aydınlaşmayana qədər partiyanın prezident seçkiləri ilə bağlı qərarını açıqlamayaq. Əgər müxalifət vahid namizədlə seçkiyə gedəcəksə, biz onu dəstəkləyəcəyik. Digər partiyaların qərarını gözləmədən seçkiyə qatılmaq müxtəlif cür qarşılana bilər. Ona görə gözləməyi məqsədəuyğun hesab etdik. Yalnız Milli Şuranın yox, AXCP, Müsavat və digər partiyaların qərarını gözləyirik. Amma vaxt da çox azdı, bu həftəsonu qərarımızı açıqlayacağıq. Partiyada daha çox öz namizədimizlə iştirak etməyimizin tərəfdarı var”. 

Printer »»»