Bəzi müxalif qüvvələr öz rollarını şişirtməyə, özlərini xalqın qəhrəmanı kimi təqdim etməyə çalışır

21.08.2013

ADP sədri Sərdar Cəlaloğlunun açıqlamasında müxalifətin mövcud durumu ilə bağlı maraqlı fikirlər səsləndirib. S.Cəlaloğlunun sözlərinə görə, bu gün bəzi müxalif qüvvələr öz rollarını şişirtməyə, özlərini xalqın qəhrəmanı kimi təqdim etməyə çalışır ki, bu da əbəsdir:  “Qoy heç kim özünü müxalifətin aparıcı qüvvəsi hesab etməsin. Özü –özünə adlar, statuslar verməsin. Deməsin ki, mən ana, dədə, nənə müxalifətəm. Kiminsə cibində 5 manat varsa, gedib kimlərləsə oynayıb pul qazanırsa, özünü xalqın gözündə qəhrəman kimi göstərməsin. Müxalifət səmimi, elmi şəkildə hərəkət etməlidir. Biz yalnız bu yolla gedəcəyimiz təqdirdə vəziyyəti dəyişə bilərik”.

Printer »»»