“Prezident çkilərində Müxalifət qalib olacaq”

30.07.2013

Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsinə bir necə ay qalıb. Seçkilərə rəsmi start verilməsə də, şərti olaraq bəzi namizədlər indidən bəllidir. Hakim partiya hazırki ölkə başçısı İlham Əliyevin növbəti dəfə namizədliyi irəli sürəcəyini açıqlayıb və  Müxalif düşərgədə vahid namizədlə, namizədliyi irəli sürəcəyini açıqlayıb.  2013cü ildə İlham Əliyev hakimiyyətdən getməyəcək özünə çox arxayındır şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdıracaq. Insanlar görməlidir ki, kim daha ağıllı və Azərbaycanın gələcəyini düşünür.
Ona görə hakimiyyətin elan etdiyi bu cür rəqəmlərin hamısı cəfəngiyatdır, həqiqətə uyğun deyil və faktlarla təsdiqlənmir. Azərbaycanda seçki öncəsi vəziyyət olduqca gərgindir.  Azərbaycan qeyri-demokratik ölkədir. Azərbaycanda avtoritarizm, insan haqlarının, söz və mətbuat azadlığının pozulması həbslər güclənir, korrupsiya, rüşvətxorluq tüğyan edir. Azərbaycanın imici, ölkənin siması bu göstəricilərdən ibarətdir. Cəmiyyətin böyük hissəsi azad və ədalətli seçkilərin keçirilməsini istəyir. Əgər xalqın iradəsi nəzərə alınmayacaqsa, o zaman kifayət qədər gərgin və təhlükəli vəziyyət yarana bilər. Xoşluğla getmədiyi halda “Ben Ali, Hüsnü Mübarək, Müəmmar Qədafi kimi yola salınar”.
Azər Sadıxov

Printer »»»