Misirdə baş verən hərbi çevriliş

06.07.2013

Azərbaycan Demokrat Partiyasının sədri S.Cəlaloğlu Misirdə baş verən hərbi çevrilişlə bağlı mətbuata açıqlama verib. Açıqlamada deyilir. “Misir hadisələri göstərdi ki, demokratikləşmə üçün demokratik yolla hakimiyyətə gəlmək kifayət etmir, həm də ölkənin demokratik yolla idarə etmə tələb olunur. Qeyri demokratik hakimiyyətlərə qarşı qeyri demokratik yolla mübarizə də yanlış yoldur. Bu mənada Misirdə hərbi çevriliş yolu ilə hakimiyyətin devrilməsi Misirin demokratik inkişafına xidmət etməyəcək. Istər “ərəb baharı”, istərsə də postsovet məkanında baş verən narınıcı inqilabların təcrübəsi göstərir ki, avtoritar rejimlərin demokratikləşməsində demokratiyaya fazalı keçidin alternativi yoxdur.

Printer »»»