Bundan kimsənin şübhəsi olmasın

30.05.2013

ADP sədri Sərdar Cəlaloğlu açıqlama verib. S.Cəlaloğlunun sözlərinə görə, ADP hər zaman xalqın maraqları ilə bağlı istənilən məsələ ilə əlaqədar mövqe nümayiş etdirib və bundan sonra da öz ənənəsinə sadiq qalacaq: "Milli Şura və bütövlükdə heç bir dövlət, yaxud qeyri-dövlət təşkilatı xalqın maraqlarlarını inhisara ala bilməz. Buna kimsənin haqqı yoxdur. ADP hər zaman xalqın maraqları, onun bu günü və gələcəyi ilə bağlı məsələlərə mövqe nümayiş etdirib və bundan sonra da bu xəttə sadiq qalacaq. Odur ki, Milli Şuranın müsbət addımları olacaqsa bu addımları təqdir edəcək, mənfi addımları olacaqsa, bu addımları tənqid edəcəkdir. Bundan kimsənin şübhəsi olmasın”.

Printer »»»