ADP idarə heyəti növbəti toplantısını keçirib

08.04.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son vaxtlar Rusiyanın Azərbaycana qarşı müxtəlif vasitələrlə artan təhdidindən, ölkə daxilində separatist qüvvələri etnik zəmində qızışdırmasından, sərhədlərimizdə terrora qarşı mübarizə adı ilə qoşun cəmləşdirməyindən, siyasi təzyiqləri gücləndirərək Azərbaycanı Avrasiya İttifiqana cəlb etmək niyyətlərindən narahat olduğunu bildirib və bu təzyiqlərin arxasında Rusiyanın imeriya iddialarının durduğunu diqqətə çatdırıb.
Təkcə Rusiyanın deyil, qonşu İran dövlətinin və bir sıra qərb ölkələrinin artan təzyiqlərinin əsas səbəbinin hakimiyyətin yeritdiyi daxili və xarici siyasətin efektsizliyində olduğunu vurğulayan partiya yetkililəri bu cəhdlərin qarşısının alınması üçün ölkədə demokratik seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin qorunması, ölkədə əsaslı sosial iqtisadi islahatların keçiirilməsi, arxasında xalq gücü duran demokratik hakimiyyətin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb və beynəlxalq ictimaiyyəti Rusiyanın Azərbaycana yönəlik imperiya siyasətinin qarşısını almaq üçün ciddi təsirlər göstərməyə çağırıb.

İdarə Heyəti üzvləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının ofşor zonalarında yaradılan şirkətlər barədə açıqlamaları və bu şirkətlərin yaradılmasında ölkə başçısının və onun ailə üzvlərinin adlarının xüsusi hallandırılmasını ölkəmiz üçün biabırçı hal hesab edib və ölkə prezidentini bu məsələlərə aydınlıq gətirməyə çağırıb. Qeyd olunub ki, istər dövlət başçısı və onun ailə zvlərinin, istərsə də dövlət məmurlarının bu cür zonalarda şirkətlər yaratması, ölkədən küllü miqdarda kapitalı bu zonalara şıxarması qanunla qadağan olunub və hüquq mühafizə orqanları dövlət büdcəsinin dağıdılması hesabına yaradılan bu şirkətlərin fəaliyyətinin yoxlanılması, onlar haqqında tədbirlər  görməsi üçün zəruri addımlar atmalıdırlar.
İdarə Heyəti üzvləri son vaxtlar “Nida”çı gənclərin, aktiv siyasi fəalların, dindar kəsimin həbsindən ciddi narahat olduğunu bildirib və bu həbslərin davam etdirilməsində hakimiyyətin əsas məqsədinin xalqı ölkədə keçiriləcək seçkilərdə aktiv iştirakının zəiflədiləməsi, seçkilərin yenə də xalq iradəsinin ziddinə olaraq saxtalaşdırılması olduğunu diqqətə çatdırıb və hakimiyyəti ölkədə sabitliyin qorunması, insan hüquq və azadlıqlaının təmin edilməsi, azad söz və fikir azadlığına yönəlik siyasətin aradan qaldırılması istiqamətində addımlar atmağa və həbs edilən gəncləri, dini inanc sahiblərini azad etməyə çağırıb.
İdarə Heyəti üzvləri ABŞ-ın Virciniya ştatında Xocalı qətliamının soyqırım kimi tanınmasını müsbət dəyərləndirib və hakimiyyəti təkcə Xocalı hadisəsini deyil, kütləvi insan qırğını ilə müşayət olunan 31 mart faciəsinin də soyqırım kim tanıtmaq istiqamətində lobbi və siyasi səylərini gücləndirməyə çağırıb.
İdarə Heyəti üzvləri ABŞ dövlət katibi C.Kerrinin Türkiyə səfəri və bu səfər zamanı adı çəkilən ölkənin xarici siyasət idrəsinin şefi Ə.Davuddoğlu ilə birgə Qarabağ məsələsini müzakirəyə çıxarmasını təqdir edib və bu faktı Azərbaycan və Türkiyə arasında dostluğun və qardaşlığın əbədi və sarsılmaz olduğuna dəlalət etdiyini bildirib.
İdarə Heyəti üzvləri Xəzər sektorunda qardaş Türkmənistan və Azərbaycan arasında yaranan gərginlikdən ciddi narahat olduğunu bildirb və hər iki tərəfi türk birliyi naminə bu münaqişələrdən yayınmağa və xalqlarımız arasında dostluq və qardaşlığın daimi olması üçün səmərəli addımlar atmağa çağırıb.
Printer »»»