“Ölkə başçısı belə kiçik işlərlə məşğul olmamlıdır”

15.12.2012

Açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu ölkə başçısının məmurlarla bağlı son çıxışı və xəbərdarlığı ilə bağlı maraqlı fikrilər səsləndirib. S.Cəlaloğlunun sözlərinə görə, əslində İ.Əliyevin məlum çıxışda müdaxilə etdiyi məsələlərin çoxu onun səlahiyyətinə aid deyil: “Ölkə başçısı hər dəfə pozitiv qiymətləndiriləcək fikir və ideyanı bildirəndə bunu elə şəkildə təqdim edir ki, bu, konstitusiya və qanunlara zidd olur. Nəticədə, bütün bunlar onun özünün əleyhinə işləyir. İ.Əliyev məmurları, onların övladlarını cəzalandıracağını, həbs edəcəyini bildirir. Mən anlamıram, bütün bunların prezidentə nə aidiyyatı var? O, öz çıxışında plyonkalı maşınlara toxunur. Bu və bu kimi məsələlər ölkə başçısının səlahiyyətinə daxil deyil.
Prezidentin bu cür kiçik işlərlə məşğul olmasının özü də onun tutduğu vəzifəyə yaraşmır. Ölkədə qanunlar işləməlidir. Bu qanunları pozan şəxslri əlaqədar qurumlar cəzalandırmalıdır. Yoxsa prezidentin hüquq-mühafizə orqanlarının səlahiyyətini mənimsəməsi doğru deyil”.
Printer »»»