ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

08.06.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib. Seçkilərin dinc, demokratik və qanuni keçirilməsinə diqqət çəkən toplantı iştirakçıları qardaş ölkə xalqını Türkiyə dövlətinin siyasi gələcəyinə işıq salan bu seçkilər münasibəti ilə təbrik edib, seçkilərin nəticələrinin türk xalqının mənafeyinə xidmət edəcəyinə və Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələrin daha dərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edub.

İdarə Heyəti ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalmış bir sıra Avropa dövlətləri rəhbərlərinin bu beynəlxalq tədbirdə iştirak etməyəcəyi ilə bağlı səslənən bəyanatların cəmiyyətimizdə birmənalı qarşılanmamasına diqqət çəkib və bu addımların arxasında hakimiyyətin ölkədə insan hüquq və azadlıqlarına məhəl qoymamasının olduğunu diqqətə çatdırıb. İdarə Heyəti hakimiyyəti bu tədbirin dövlətimiz üçün böyük əhəmiyyət kəsb etməsini nəzərə alaraq Avropa dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən insan haqları, demokratiya barədə irəli sürülən tələbləri yerinə yetirməyə, ölkədə vətəndaş hüquq və azadlıqlarının, söz, mətbuat özgürlüyünün qorunması, siyasi məhbus probleminin həlli, vənədaş cəmiyyəti institutları üzərində qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmağa çağırıb. Eyni zamanda bu tədbirlərin keçirilməsi adı altında vətəndaşları konstitusiya ilə müəyyənləşən hüquqlarının, o cümlədən onların sərbəst hərəkət etmək, istirahət hüquqlarının pozulmasının yolverməz olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti “Beynəlxalq Avrasiya Hərəkatının” lideri, Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Aleksandr Duqinin Azərbaycan hakimiyyətini Dağlıq Qarabağla bağlı heç bir ilkin şərt qoymadan Avrasiya İttifaqına qoşulmaqla bağlı səsləndirdiyi təhdidedici bəyanata münasibət bildirib və bu cür bəyanatların arxasında Putin Rusiyasının postsovet məkanında müstəqillik əldə etmiş ölkələri yenidən işğal altına salmaq planlarının durduğunu qeyd edib. İdarə Heyəti məhz Rusiya dövləti tərəfindən Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan ərazilərinin bir hissəsinin işğala məruz qaldığına diqqət çəkib və bu işğalçı siyasətin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti BMT-nin işğalla bağlı qətnaməsini tətbiq etməyə və Rusiyanı dünyada işğalçı dövlət kimi tanımağa səsləyib.

İdarə Heyəti Azərbaycan hakimiyyəti tərəfindən ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti bağlanması xəbərindən narahat olduğunu, məhz beytnəlxalq demokratik institutların fəaliyyətinin durdurulnmasından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasının daha intensiv xarakter almasından əndişə duyduğunu bildirib və hakimiyyəti ATƏT və AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onların yerli strukturlarının səlahiyyətlərinin artılımasına çağırıb.

İdarə Heyəti Azərbaycanın uzun müddət Avropa Şurası, Avropa birliyi və hazırda İslam Konfransı Təşkilatının Avropa birliyində nümayəndəsi olan, diplomat A.Məmmədovun sosial şəbəkələrdə məmurlar tərəfindən xalqımızın başına gətirilən bəlalarla bağlı fikir bölüşməsindən sonra ona qarşı başlanan çirkin kampaniyanı qətiyyətlə pisləyib və hakimiyyəti öləmizin beynəlxalq aləmdə tanınması istiqamətində çiddi səylər göstərən bir diplomata qarşı yönəlmiş təzyiqlərə son qoymağa çağırıb.

Printer »»»